Kulturologiya (mədəniyyətşünaslıq) → Şimali Amerika xalqlarının mədəniyyəti
Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.
28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.
Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, finuqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.
Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi Ardı »