Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulturologiya (mədəniyyətşünaslıq)Fələstin, Finikiya və Suriya mədəniyyəti

Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin başında şah dururdu. Onların hakimiyyəti Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)slam dinin kulturolji mahiyyəti

Tarixdən bu günə qədər insanın yaşadığı hər yerdə az və ya çox mədəniləşmə hərəkatının mövcudluğu hamıya məlum olan bir həqiqətdir. Çünki cəmiyyət halında yaşamaqdan meydana gələn mədəni tərəqqilər, insanın yarandığı gündən bəri davam etməkdədir. Düzdür, bu günədək dünyaya bir-birindən fərqli neçə mədəniyyətin gəldiyi dəqiq məlum deyil, ancaq, indi iki mədəniyyət cəbhəsi mövcuddur. Bunlardan biri Xristianlıq, Yəhudilik və digər sistemlərin tə'sirində qalan Qərb Mədəniyyəti, digəri isə İslam dininin yayıldığı bölgələrdə olan İslam Mədəniyyətidir. İslam Mədəniyyəti yalnız Asiya, Afrika və Avropanın mühüm bir qismində deyil eyni zamanda müasir Avropanın mədəniyyəti sayılan Qərb Mədəniyyətinin inkişafında da mühüm rol oynamışdır. Bu normal Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)İbtidai cəmiyyət

Müasir dövrdə ibtidai cəmiyyətdə kulturoloji fikrin inkişafın araşdırılması cəmiyyətmizin aktual məsələlərindən birinə çevrilmişdir. Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir.

Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Monqolustan mədəniyyəti

Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir.

Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə, ölkənin cənub vəşimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Koreya mədəniyyəti

Koreya qədim mədəniyyətə malik ölkədir. Koreya tarixini başlanğıcı b.e.ə. 2333-cü ilə – əfsanəvi hökmdar Tanqunun dövrünə təsadüf edir. O, allahın oğlu kimi qəbul edilib Çoson dövlətinin, yəni «Səhər təravəti ölkəsi»nin banisi hesab edilir. Tarixi faktlar sübut edir ki, b.e.ə I əsrdə bu ölkədə Koqurye, Pekçe və Silla dövlətləri də mövcud olmuşdur. VII əsrin ortalarından Silla bütün Koreya yarımadalırını birləşdirdi. Koreya vahid ölkə səciyyəsi kəsb etməklə özünün siyasi və mədəni özünəməxsusluğunu qoruyub saxladı. Mədəniyyətin çiçəklənməsi Koqurye dövrünə (X – XIV əsr) və Çoson (XIV – 1910 il) dövrünə təsadüf edir. Koreya uzun müddət Yaponiyanın hökmranlığı altında olmuş və II Dünya müharibəsindən sonra Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Azərbaycan mədəniyyəti XX əsrdə

XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir daha onun şahidi oluruq. Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri, tarixi - ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər - istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini buraxmışdır.Baş verən ictimai - tarixi, siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də, ümumiyyətlə, Ardı »

Kulturologiya (mədəniyyətşünaslıq)Qədim Azərbaycan mədəniyyəti

Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar, sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim sənət tarixini öyrənən tədqiqatçılar — Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan incəsənətinin dərin qatlarını tədqiq etməklə mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə həmin mənbədə tədqiqatçılar qədim Azərbaycan incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər:
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər);
II.Alban Ardı »