Dunya ve tarixi → Sultan Mahmudun daxili siyasəti
Qəznəvi dövləti feodal monarxiyası idi. Dövləti sultan idarə edirdi. Sultan Mahmud mərkəzi hakimiyyəti möhkəmləndirirdi, bu məqsədlə mülki əsilzadə, qulamlardan ibarət hərbi əyanlara, türklərdən ibarət hərbi əyanlara arxalanırdı. Sultan Mahmudun ordusunda yüksək hərbi intizam var idi. Ordunun əsasını türk əsilli qulamlar (qvardiya) təşkil edirdi. Qəznəvi ordusunda «qazilər» deyilən könüllü döyüşçülər iştirak edirdi. Hərbi yolla əldə edilən qənimət ordu və dövlət məmurlarını təmin etmirdi. Dövlət ildən-ilə vergini artırırdı. Kəndlilər, sənətkarlar, tacirlər var-yoxdan çıxırdı. Sultan Mahmud Qəznə şəhərinin inkişafına kömək edirdi.
[redaktə]
Ailəsi
Mahmud Qəznəvi 971-ci ildə 2 noyabrda Qəznədə anadan olmuşdu. Kiçik qardaşının adı Yusif idi. Kövsəri Cahan adlı xanımından ekiz oğulları olan Məsud və Məhəmməd Ardı »