Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiŞirvanşahlar dövləti

Şirvanşahlar dövləti — Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş dövlət[13]. Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.

Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.

Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm Ardı »

Dunya ve tarixiDomisian

Tit Flavi Domisian (51, Roma-96, həmin yerdə) - Roma imperatoru (81-96), Flavilər sülaləsinin son nümayəndəsi. Atası Vespasianın hakimiyyət uğrundakı mübarizəsində fəal iştirak etmişdir. Əyalət şəhərlərini müdafiə etmiş, onların əhalisinə Roma vətəndaşlığı hüququ verirdi. Bürokratik aparatı və hakimiyyətini senatın hüquqları hesabına möhkəmlətməsi senatın narazılığına səbəb olmuşdu. Domisianı azad edilmiş qullar öldürmüşlər. Domisianın dövründə romalılar Azərbaycan ərazisinə gəlmişdilər. Qobustanda tapılmış (1948) kitabədə Domisian və XII İldırımsürətli legionun adı çəkilir. Ardı »

Dunya ve tarixiII Şah Təhmasib

II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704 – 1740) — Səfəvilər dövlətinin 10-cu şahı (hökmranlıq illəri: 1722-1732) və Şah Sultan Hüseynin III oğlu.Mündəricat [gizlə]
1 Həyatı
2 II Şah Təhmasib və Nadirqulu xan Əfşar
3 II Təhmasibin ölümü
4 Mənbə
5 Ədəbiyyat
6 Həmçinin bax
7 Xarici keçidlər

[redaktə]
Həyatı

II Şah Təhmasib 3 dekabr 1704-cü ildə İsfahanda doğuldu. Şah Sultan Hüseynin oğlu olan II Şah Təhmasib əfqanların əlindən qaçıb şahlığa yiyələndi. 1726-ci ildə II Şah Təhmasib Səfəvi və Fətəli xan Qovanlı-Qacar Məlik Mahmudu devirib, burada İran şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir. II Şah Ardı »

Dunya ve tarixiII Səlim

II Səlim — Osmanlı sultanı

Qanuni Sultan Süleymanın oğludur. 1524-cü ildə anadan olub.Atası Qanuni Sultan Süleymanın Sigetvarın fəthi əsnasında vəfat etməsindən sonra Kütahyadan İstanbula gələrək 30 sentyabr 1566-cı ildə taxta çıxdı. Osmanlı Dövlətindəki səltənət dəyişikliyindən istifadə etmək istəyən dövlətlər sülh edə bilmək üçün elçilərini İstanbula göndərirdilər. Səlim uzun görüşmələrdən sonra Avstriya ilə səkkiz illiyinə andlaşma imzaladı. (17 fevral 1567). Buna görə Qanuninin Sigetvar səfərində zəbt etdiyi yerlər Osmanlı Dövlətinə qalacaq və Avstriya imperatoru hər il Osmanlı Dövlətinə 30.000 macar qızılı vergi verəcəkdi. İran (Səfəvilər) ilə edilən bir andlaşma ilə də Amasiya sülhü yeniləndi.

Osmanlı Dövləti, Suriya və Misiri aldıqdan, Şimal Afrikanın bir çox Ardı »

Dunya ve tarixiI Hürmüz

I Hürmüz, 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı.
[redaktə]
Həyatı

I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir.

Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı.

Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il Ardı »

Dunya ve tarixiÇjan

Çjan şanyü 63-cü ildə hakimiyyətə gəldi. Onun dövründə Hun tarixində canlanmalar başlandı. Şimal Hunlarına qarşı danışıqlara başlandı. Çjan sienbilərlə müttəfiqliyə girərək şimalla müharibələrə yenidən davam etmək istəsə də imperator hər iki hun dövlətini ələ keçirmək istədiyi üçün imkan vermədi. Çjan şanyü 85-ci ildə vəfat etdi. Onun dövründə hunların çinliləşməsi prosesi başladı. Ardı »

Dunya ve tarixiHamilton (Bermud adaları)

Hamilton (ing. Hamilton) — Bermud adalarının inzibati mərkəzi. Eyni adl dairənin omasına baxmayaraq, şəhər Pembruk dairəsinə daxildir. Şəhər 1778-1794-cü illərdə oranın qubernatoru olmuş Henri Hamiltonon şərəfinə adlandırılıb. Həmin dövrdə şəhər atrıq mövcud idi.
[redaktə]
Əhalisi

Əhalisi 969 nəfərdir, ancaq 1500 nəfər olduğu da iddia edilir. Yeganə rəsmi şəhər olsa da, tarixi Sent-Corc şəhərindən kiçikdir.
[redaktə]
Biznes

Şəhərdə Accenture (keçmiş «Andersen Konsaltinq») şirkətinin mənzil-qərargahı yerləşir. Həmçinin Bacardi, ACE Ltd. və Tyco International şirkətləri də burada qeydiyyatdan keçib. Ardı »

Dunya ve tarixiKonya döyüşü

Konyanın döyüşü — 21 dekabr 1832-ci ildə Misir və Osmanlı İmperiyasında baş vermiş döyüşdür. Müasir Türkiyədə Konya şəhərində olmuşdur. Döyüşə Osmanlılar tərəfdən Resid Mehmed Paşa, Misir tərəfdən isə İbrahim Paşanın başçılığı edirdi. Bu qısa toqquşma misirlilərin qələbəsi ilə bitmişdir.
[redaktə]
Ədəbiyyat
Laffin, John, Brassey's Dictionary of Battles, (Barnes & Noble Inc., 1995).
Grant, R.G., Battle: A Visual Journey through 5,000 years of combat, (DK Publishing Inc., 2005).
Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, (HarperCollins Publishers, 1993).
McGregor, Andrew James, A Military History of Modern Egypt: from the Ottoman Conquest to the Ramadan War, (Greenwood Publishing Group Inc., 2006).
Finkel, Caroline, Osman's Ardı »