Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixi1914-1917-ci İllərdə hərbi əməliyyatlar

Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi. Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu.

İngilis piyada əsgərləri

Alman qoşunlarının güclü qruplaşması Belçika ordusunu geri oturtdu və Fransaya daxil oldu. Fransızlar və Fransanın şimal sahilinə çıxarılmış ingilis korpusu daha üstün Ardı »

Dunya ve tarixiII Şah Süleyman

II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. İran şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarı.Mündəricat [gizlə]
1 Həyatı
2 Qalereya
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Həyatı

Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi.

1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim Ardı »

Dunya ve tarixiİsgəndər Çələbi

İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. İsgəndər Çələbi XVI əsrdə Sultan Süleyman Qanuninin dövründə baş dəftərdar vəzifəsinə qədər yüksəlmiş dövlət məmurudur. İsgəndər Çələbini digər dövlət məmurlarından fərqləndirən əsas cəhətlərdən biri, onun dövrünün şairlərini müdafiə etməsi olmuşdur. Başda Xəyali olmaqla bir çox şairin maddi ehtiyaclarını ödəmiş və onları mümkün təhlükələrdən xilas etmişdir. İsgəndər Çələbi 1535-ci ildə Parqalı İbrahim Paşanın göstərişi ilə edam olunmuşdur. Çələbinin edam olunmasınını səbəbi kimi, Parqalı İbrahim Paşa ilə aralarında olan mənfi münasibət göstərilir. Sultan Süleyman Qanuninin güvəndiyi İsgəndər Çələbinin onun xəbəri olmadan Parqalı İbrahim Paşa tərfindən edam olunması, Qanunini bərk gəzəbləndirmiş və bir növ bununla Parqalı İbrahim Ardı »

Dunya ve tarixiAlp Təkin

Alp Təkin (962-963) - Qəznəlilər dövlətinin qurucusu.

Alp Təkin(Söyüt müzeyi)Mündəricat [gizlə]
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Qəznəvi dövlətinin qurucuları Alp Təkin və məxsusən Səbük Təkin adlarında prəns və şahzadə mənasına gələn "təkin" unvanı vardır. Bu unvanın hökümdarın oğlu və qardaşlarına verilən bir unvan olduğu və bu da onların seçgin və yuxarı siniflərə aid insanlar olduqlarını göstərməkdədir. Zatən Beyhəqi Alp Təkinin babasının Quzganan hakimi olduğuna işarət etməkdə və bu da Alp Təkinin bir şahzadə və ya əmirzadə olduğunu göstərməkdədir. Samanoğullarının Qaraxanlılarla çox savaşdıqları və bir neçə dəfə onları məğlub etdikləri bilinməkdədir. Sübək Təkin`in də bu savaşlarda əsir düşmüş bir Ardı »

Dunya ve tarixiSəbuk Təkin

Səbuk Təkin - (fars. ابو منصور سبکتگین‎) - Böri Təkindən sonra hökmdarlığa seçki ilə gələn 977-ci ildə taxta çıxan Qəznəvi hökmdarı.
[redaktə]
Həyatı

942-ci ildə Qəznə şəhərində anadan olmuşdu [1]. 12 yaşında əsir alınaraq Hacı Nəsr adlı tacirə satılmışdı. Daha sonra Alp Təkin tərəfindən satın alınmışdı. Alp Təkin Samanilərə qarşı üsyan edəndən sonra onun qızı ilə evlənib sərkərdə olmuşdu. Əmir əl Üməra və Vəkili Mütləq titullarına layiq görülən Səbuk Təkin sonrakı sərkərdələrin hakimiyyəti dövründə Qəznəni qorudu.
[redaktə]
Hakimiyyəti

977-ci ildə taxta çıxanda başqa bir Qəznəvi sərkərdə olan Toqan ona qarşı çıxdı. Səbuk Təkin onu məğlub edib Qəndəharı ələ keçirdi. Şahilər sülaləsinin nümayəndəsi Cayapalanın ordusunu məğlub edən onu Ardı »

Dunya ve tarixiAşina Xuaytao

Aşina Xuaytao - Aşina Kuşrakın ölümündən sonra xaqan təyin edilmişdi. O xaqan olmaqla bərabər həm də yaxşı diplomat idi. İmperator onu Türgiş xaqanlığının yeni hökmdarı Sakal xaqanla sülh qurması üçün göndərdi. 707-ci ildə sülh bağlayan xaqan ona şahzadə titulu verərək, Türgiş xaqanlığını formal olaraq vassal halına gətirdi. 708-ci ildə öləndən sonra yerinə qohumu Aşina Syan təyin olundu. Ardı »

Dunya ve tarixiOsmanlı-Venesiya müharibəsi (1463-1479)

Osmanlı-Venesiya müharibəsi (1463-1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar. Ardı »

Dunya ve tarixiHuxanye

Huxanye əyanların dəstəyi ilə üsyan qaldıraraq hakimiyyətə gəlmişdi. Əvvəlki adı Tsihouşan idi. Eramızdan əvvəl 57-ci ildə Hun dövlətində 5 şanyü var idi və hamısı hökmdarlığa iddialı idi. Çuki, Hüge, Utzsi, Yuydi özünü şanyü elan etmişdi. Bu şəxslərin hamısı Mete xaqanın ayrı qadınlardan olan nəvələridi idi. Çuki əvvəlcə Hüge, Utzsi və Yuydinin müttəfiq ordularına qarşı vuruşmağa başladı və məğlub olaraq qaçdı. Yuydi isə Huxanyeyə tabe olduğunu bildirdi. Digər tərəfdən general Li Linin oğlu Utszini şanyü elan etdi. Utszi öldürüldükdən sonra Huxanyenin yeni rəqibləri baş qaldırdı. Sünsün adlı hun generalı bir şahzadəni II Günçen şanyü adı ilə hökmdar elan etdi. Daha qərbdə isə Ardı »