Dunya ve tarixi → Şeyx Cüneyd
Şeyx Cüneyd - Səfəvi təriqətini rəhbəri (1447-1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası.
Səfəvilər təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd keçdi. Şeyx Cüneydə qədər Ərdəbil şeyxlərin siyasətlə maraqlanmazlar, yalnız dini işlərlə məşğul olardılar. Lakin dövlət qurmağı qarşısına məqsəd qoyan Şeyx Cüneyd ətrafında toplanan müridləri müharibə etmək üçün silahlanmaya başladı. Özü də bir şiə olan Qaraqoyunlu hökmdarı Cahanşah təriqət üzvlərinin çoxalmasından çəkinərək Şeyx Cüneydin əmisi Şeyx Cafərə müraciət edərək Cüneydin Azərbaycandan çıxmasını təmin etdi. Bundan sonra Şeyx Cüneyd, Anadoluya gələrək oradakı Türkmanlar arasında təbliğata başladı, Anadoluda özünə xeyli müridləri qazandı və Qaraman Bəyliyinə keçdi, Qaraman bəyinin onun tutulması Ardı »