Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiNişançı Qaraman Mehmed Paşa

Nişançı Qaraman Mehmed Paşa - Osmanlı Sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477 - 1481-ci illərdə Sədrəzəmlik etmişdir.

1481-ci ildə Yeniçərilər tərəfindən Sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.

Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. Ardı »

Dunya ve tarixiBəylərbəyi

Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən vali.
[redaktə]
Tarixi

V.Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Оnun fikrincə, həmin vaxta qədər Səfəviлər dövlətini hakimlər idarə etmişlər. Halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi.

Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və qazı başçılıq edirdi.Qəzalar Ardı »

Dunya ve tarixiPertinaks

Publiy Helviy Pertinaks(lat. Publius Helvius Pertinax * 1 Avqust 126 , Alba Pompeya; † 28 Mart 193 , Roma) — [31 dekabr]] 192 - 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur.
[redaktə]
Həyatı

Pertinaks Luqurili bir xırda ticarətçi, odunsatan Helviy Suçessun oğludur. Əvvəllər müəllim olan Panteaks sonradan əsgər, senturion ( lat. centum = yüz) - yüzbaşı, koqort lat. cohors = çəpərlənmiş yer) - bölüm, legion və Reyn donamasının başçısı olmuşdur. Pertinaks Daçiyada vergi yığıcısından senator, konsul vəzifəsinədək qalxaraq, Dunay ordusuna başçılıq etmişdir. Ardıcıllıqla Moeziyanın, Daçiyanın, Btitaniyanın, Şimali Afrika ərazilərinin hakimi, sonradan Romanın prefekti olmuşdur.

'
[redaktə]
Ölümü

Bir sıra torpaq islahatları aparması hərbiçilər arasında kəskin etirazlara Ardı »

Dunya ve tarixiGoruslar

Goruslar — qədim türk tayfası. "Alban tarixi"ndə VIII əsr hadisələri ilə əlaqədar olaraq Qafqaz Albaniyasında Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. Qoroz toponimi Koros (orta əsrlərdə Gorus) adının ermənicə yazılışıdır, çünki "Alban tarixi" bizə qədim erməni dilində gəlib çatıb.

Tədqiqat göstərir ki, Qoroz toponimi təhrifə uğramış şəkildə Xurs və Xoruz kimi də mövcuddur. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə Gorus toponimi eyni mənşəlidir. "VII əsr erməni coğrafiyası"nda Albaniyanın şimal-şərqində Xorsvem ("Xors qayası") toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır.

Bu qala indiki məşhur Çıraqqaladır (Dəvəçi rayonu). Həmin Xursan Ardı »

Dunya ve tarixiDəmirkörpü döyüşü

Dəmirköprü döyüşü — 637-ci ildə Xalid bin Vəlid İslam ordusu ilə Bizans (Rum) ordusu arasında, bu gün Hatay eli Antakya mahalı adlanan yerin yaxınlığında baş vermiş döyüşdür. Adını döyüşün olduğu yer olan Üsyankar Çayı üzərindəki bir körpüdən almışdır.

Döyüş, İslam ordusunun zəfəri və Antakyanın təslim olmasıyla nəticələnmişdir. İslam ordusu bu zəfərin ardından cənuba doğru gedərək Lazkiye və Tartus kimi Şərq Aralıq dənizi şəhərlərini də ələ keçərmişdir. Beləliklə şimal Suriyanı tam hakimiyyətinə alan İslam orduları, daha şimalda Anadoluya doğru böyümə imkanı tapmış, Xalid bin Vəlid əraziləri Kahramanmaraşa qədər uzanmışdır. Ardı »

Dunya ve tarixiŞah Süleyman və Gürcüstan

1666-cı ildə II Şah Abbas Səfəvi vəfat etdi. Abbasqulu ağa Bakıxanovun yazdığına görə «Gürcüstan asilərini cəzalandırmaqla yanaşı, bu hökmdar özünün ədalətliliyi, ciddiliyi və şeirə məhəbbəti ilə məşhur olmuşdur». II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman (II Səfi) çıxdı. Öz sələfləri kimi Borçalıya xüsusi önəm verən Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Qaxetə qayıdan İraklini yanına çağırtdırdı.

Şahın İraklini Qaxetə hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda,atası Rüstəm xanın yanında dəfn etdilər.

Süleyman şah Ardı »

Dunya ve tarixiQay Yuli Sezar

Qay Yuli Sezar əsl adı Gaius Julius Caesar[1](d.13 iyul, b.E.ə. 100 – ö.15 mart, b.E.ə. 44) – Qədim Roma imperiyasında siyasi xadim, sərkərdə, yazıçı.
[redaktə]
Məlumat

Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz "yoldaşlarından" biri də İsgəndərin kiçik mərmər büstü imiş…

Sezar yoxsullaşmış qədim zadəgan ailəsində, rəvayətə görə əslən Kiçik Asiyalı, daha doğrusu troyalıların nəslindəndi. Onun siyasi fəaliyyətə başladığı dövr Mariy və Sullanın mübarizəsi dövrünə təsadüf etmişdi. Mariy ilə qohum olan Sezar bu qohumluqdan imtina etmək təklifini rədd Ardı »

Dunya ve tarixiÇələbi Lütfi Paşa

Çələbi Lütfi Paşa- Çələbi Lütfü Paşa (d. ? - o. 27 Mart 1564 Dimetoka), Qanuni Sultan Süleymanın padişahlığı dövründə 13 İyul 1539 - aprel 1541-ci illər arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.
[redaktə]
Həyatı

Kürəkən Çələbi Lütfi Paşa həyatını, tarixlər göstərmədən yazdığı "Asafname" adlı kitabından yazmışdır.

Harada doğulduğu və haralı olduğu bilinməməklə birlikdə Alban olduğu rəvayət edilməkdədir. Avlonya ətrafından yığma olaraq gətirildi və sarayda təhsil aldı. Çuhadar ikən Yavuz Sultan Səlimin taxta keçməsiylə xarici vəzifəyə keçirildi. Daha sonra çeşnigirbaşı, qapıçıbaşı və miralemlik kimi vəzifələrdə işlədi.

1522-ci ildən etibarən Aydın, ardından Yana sancaqbəylyi etdi. Bu vəzifədəykən 1529-cu ildə I Viyana Əhatə etməsinə qatıldı.

1529-cu ildə Şam qubernatoru oldu Ardı »