Dunya ve tarixi → Diplomatik mübarizə
1915-ci ilin aprelində Londonda Antanta dövlətləri İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərinə çəkdilər. Antanta İtaliyanın hakim dairələrinə Almaniyanın və Balkanlarda İtaliya ilə maraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta" tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. ABŞ Rusiyanın məğlub olaraq müharibədən çəkilməsindən sonra onun müttəfiqləri olan Antantanın məğlub olacağından ehtiyat edirdi. Belə ki, ABŞ höküməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit Ardı »