Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiİldırım Bəyazid

İldırım Bəyazid — Osmanlı sultanı

I Muradın oğludur, 1360-cı ildə anadan olub. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da xaçlı ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi.

İlk olaraq Serbiyada işləri yoluna qoyan İldırım Bəyazid bu sırada özünə qarşı ittifaq edən Anadolu Bəylikləri üzərinə getdi. Sürətlə hərəkət edərək Aydınoğulları, Saruhanoğulları, Germiyanoğulları, Menteşe və Hamidoğulları bəyliklərini ortadan qaldırdı (1390).

1392 – ci ildə Kastamonu üzərinə gedərək, Candaroğlu torpaqlarını ələ keçirdi. 1394 – cü ildə Selanik və Yenişəhəri (Bənövşəyiyə) alan Osmanlı Ardı »

Dunya ve tarixiSəfəvilər imperiyası

Səfəvi İmperiyası — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[3] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.[4] Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Azərbaycan XVII əsrdə[5]Mündəricat [gizlə]
1 Səfəvi sülaləsi
2 Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına
3 İran, İraq və Şərqi Anadolunun tabe edilməsi
4 Osmanlı-Səfəvi müharibələrinin başlanması
5 Səfəvi-Moğol müharibələrinin başlanması
6 Gürcüstanın tabe edilməsi
7 Osmanlı-Səfəvi müharibəsinin II dövrü
8 Osmanlıların və Ardı »

Dunya ve tarixiOsmanlı-Səfəvi müharibələrinin başlanması

Osmanlı İmperiyasının Azərbaycanı işğal etmək planı II Mehmed və II Bəyazid dövründə baş tutmadı.[Mənbə göstərin] Azərbaycan sultanları[Mənbə göstərin] Uzun Həsən və Yaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq osmanlılar niyyətlərindən əl çəkmədilər. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları (şiələri) kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmriylə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmail Osmanlılara qarşı Ardı »

Dunya ve tarixiBöyük Hun İmperiyası

Etnik tərkibi
Əsas məqalə: Hunlar

Hunlar hal-hazırkı Monqolustan ərazisində və Çinin şimali-qərbində həyatlarını davam etdirirdilər. İlk bilinən hökmdarları Mete şanyüdür. Çinlilər önünə keçə bilmədikləri hunların hücumlarının qarşısını almaq üçün "Böyük Çin Divarı" (Çin Səddi)ni inşa etmək məcburiyyətində qalmışlar (E.ə. 214). Bu tikili, günümüzdə hələ də bir dünya möcüzəsi olaraq qəbul edilməkdədir. Minq sülaləsi dövründə də yenilənən böyük divarın bir çox qismi sağlamlığı ilə günümüzdə hələ ayaqda qalmaqdadır.
[redaktə]
Qurulması

Bilinən ilk bozqır dövlətlərindən biridir. Quruluşu haqqında tutarlı məlumatlar yoxdur. Qəbilə olaraq e.ə. 220-ci ildə Tuman tərəfindən qurulduğu qəbul edilir, çünki daha öncəki qəbilə başçıları haqda məlumat yoxdur. Tumandan sonra qəbilə konfederasiyasını böyük bir imperatorluğa çevirən Mete Ardı »

Dunya ve tarixiAbaqa xan

Abaqa xan (ərəbcə: أباقا) Elxanlı hökmdarı (fevral 1234-1282). Çingiz xanın nəvəsi və Elxanlılar dövlətinin qurucusu Hülaku xanın və Yesunçin xatunun oğludur.
Ailəsi

Abaqa xan Qayıtmış xatunla ailə qurmuşdu.
Oğulları
Arqun xan
Keyxatu xan
Qızları
Yol Qutluq xatun əvvəlcə Naçiday bəy Quşçu, son İlbasmış ilə ailə qurmuşdu.
Tuğay xatun Doladay eyüdəçi Tatar ilə ailə qurmuşdu.
Məlaikə xatun Toğan ağa Bayat ilə ailə qurmuşdu.
Tuğançuq xatun Novruz ağa Oyrat ilə ailə qurmuşdu.
İl Qutluq xatun
Ulxutay xatun
Hocin xatun Ardı »

Dunya ve tarixiQarapiri bəy Qacar

Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə və dövlət xadimi.

Qarapiri bəy Qacar I Şah İsmayılın ən bacarıqlı sərkərdələrindən biri idi. Hünərinə, çeviklik və qətiyyətinə körə, o "Toz qoparan" ləqəbini qazanmışdı. Qarapiri bəy Səfəvilər dövlətinin tarixində əhəmiyyətli rol oynamışdır. I Şah İsmayılın atası Şeyx Heydərin üç oğlu vardı – Sultanəli, İbrahim və İsmayıl özü. Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Əvvəlcə o, onları himayə və tərbiyə etmiş, sonra isə onların qulluğunda durmuşdur.

XV əsrdə Azərbaycanda Teymurun varisləri ilə Ağqoyunlu və Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Tədricən Ağqoyunluların ən görkəmli hökmdarı Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi Ardı »

Dunya ve tarixiHun İmperiyası

Hun İmperiyası - bizim eradan əvvəl E.ə. 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir.

Hunlar köçəri və döyüşkən xalq olmuşlar, sənətkarlıq, xüsusi ilə də silahqayırma çox inkişaf etmişdi, hunların güclü hərbi texnikası olmuşdur. Hun dövlətləri başında olan şəxs "tanhu" ya da "şenyu" olaraq çağırılırdı. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Hökmdarlıq atadan oğula keçirdi. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras bölünürdü. Türk dövləti hökmdarı arvadına "katun"(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi.
[redaktə]
Tarixi

Böyük Hun İmperatorluğunun eradan əvvəl 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Teomandan sonra Mete xaqan (qədim Çin mənbələrində Mo-tun və ya Şanyu olaraq da Ardı »

Dunya ve tarixiİli Çayı sülhü

İli Çayı sülhü İli Çayı sahilində Yükük şad və Xallıq İşbara Yabqu xaqan tərəfindən Nuşibi qəbilə başçısı Kül-erkinin vasitəçiliyi ilə imzalanmışdı. Sülhün maddələrinə görə:

1. İli çayının şimalı Yükük şad və onu dəstəkləyən Tulu tayfalarına verildi.

2. İli çayının cənubu Xallıq İşbara Yabqu xaqan və onu dəstəkləyən Nuşibi tayfalarına verildi.




[redaktə]
Sonrakı tarix

Sülhün imzalanmasından 4 il sonra Yükük şad öz torpaqlarından imtina etdi və Künduz şəhərinə köçdü. Ardı »