Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizXanlıq dövrünün sonuna doğru

Yeni savaş qarşısında. Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (1619)-da Leypsiq altında "Xalqlar döyüşü" oldu. Müttəfıqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfıq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də "yekun aktı" imzalandı.Beləliklə, beynəlxalq münasibətlərdə yeni dövr başlandı. XVIII yüzilin ikinci yarısı - XIX yüzilin başlanğıcında olduğu kimi, Şərq məsələsi Avropa siyasətinin gündəliyində qalırdı.
Rusiyanın Türkiyə və İrana qarşı təcavüzkarlıq siyasəti Şərq məsələsinin yenidən Ardı »

Tariximiz ve rayonlarimizLaçın

Laçın — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may[3] 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.Mündəricat [gizlə]
1 Təbiəti
2 Əhalisi
3 Tarixi
4 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
4.1 Ermənistan tərəfindən işğalının nəticələri
5 Görkəmli şəxsləri
6 Xarici keçidlər
7 Şəkillər
8 Mənbə
9 İstinadlar
10 Həmçinin bax

[redaktə]
Təbiəti

Laçın rayonunun yaşayış məntəqələri

Səthi dağlıqdır Ardı »

Tariximiz ve rayonlarimizİmişli

İmişli – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi İmişli şəhəridir.

Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Şəhidləri[4]
4.2 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 Xarici keçidlər
13 Həmçinin bax

[redaktə]
Tarixi

1930-cu il avqust ayında Qaradonlu rayonu təşkil olunur. Hələ Çar Rusiyası dövründə qurulmuş Qaradonlu Cavad qəzasına daxil idi. Qaradonlu rayonun ən qədim kəndlərindən hesab olunur. Ərazinin karvan yolları üzərində və Araz çayı sahilində yerləşməsi, su mənbələrinin bol olması, məhsuldar torpaqların çox olması burada kənd təsərrüfatının xüsusəndə bitkiçiliyin inkişafına səbəb olmuşdur. Hələ Oktyabr inqilabından əvvəlki dövrdə ərazidə geniş Ardı »

Tariximiz ve rayonlarimizZərdab

Zərdab – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zərdab şəhəridir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 İqtisadi xarakteristikası
5 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
6 Maddi-mədəni irsi
7 Mətbəx
8 Yerli media
9 Şəkillər
10 Mənbə
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax

[redaktə]
Tarixi

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməmişdir. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu.

Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai Ardı »

Tariximiz ve rayonlarimizKür-Araz mədəniyyəti

Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir.
İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, Ardı »

Tariximiz ve rayonlarimiz1905-1911-ci illər İran inqilabı

XIX əsrin sonu - XX əsrin əvvəllərində ilk xalq çıxışları. Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi. 1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda aclıq baş verdiyi zaman Cənubi Azərbaycan əhalisi taxıl möhtəkirliyinin artmasına etiraz olaraq ayağa qalxdı, 1881-ci ildə isə valini əyalətdən Ardı »

Tariximiz ve rayonlarimizSəfəvilər dövləti

Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq Ardı »

Tariximiz ve rayonlarimizŞah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?

Səfəvilər
Şah İsmayılın mənsub olduğu Səfəvi sülaləsinin kökü və dini etiqadı barədə müxtəlif fikirlər irəli sürülür. Lakin məlum olan budur ki, Səfəvi soyu öz başlanğıcını Peyğəmbər (s) nəslindən olan sufi şeyxi Səfiəddindən (qısa forması – “Səfi”, bu addan da “Səfəvi”) götürüb. Şeyx Səfiəddin (1252-1334) yeddinci imam Həzrət Museyi-Kazimin Ardı »