Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizXızı

Xızı rayonu – Azərbaycanın rayonlarından biri. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.


Yaranma tarixi – 24.04.1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı – 1 km² 8 nəfər (1 yanvar 2007-ci il)Mündəricat [gizlə]
1 Coğrafiyası
2 Mədəniyyəti
3 Görkəmli şəxsləri
4 Xarici keçidlər
5 Mənbə

[redaktə]
Coğrafiyası

Xızı rayonu ilə Bakı arasında olan məsafə -104 km

Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən Ardı »

Tariximiz ve rayonlarimizAzıx mağarası

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 kmaralıda olub, Quruçayın müasir yatağından 200-250 myüksəklikdə yerləşir. Mağara Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 myüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir .

Azıx mağarasında arxeoloji qazıntı işləri düşərgənin hər iki giriş yolunda aparılmışdır. Düşərgənin şimal tərəfdən giriş yolunda aparılan Ardı »

Tariximiz ve rayonlarimizQubadlı

Qubadlı — Azərbaycan Respublikasında 14 mart 1933-cü ildə yaradılmış rayon. İnzibati mərkəzi Qubadlı şəhəridir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi,4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.

Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi [2]
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 Ardı »

Tariximiz ve rayonlarimizKəlbəcər

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Mündəricat [gizlə]
1 Tarixi
2 İlk insan məskəni
2.1 Kəlbəcərin işğalı
3 Coğrafi mövqeyi
3.1 Relyefi
3.2 Təbiəti
3.3 İqlimi
4 İri yaşayış məntəqələri
4.1 Bölgələri
5 Əhalisi
5.1 Görkəmli şəxsləri
6 İqtisadi xarakteristikası
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Maddi-mədəni irsi
9 Mətbəx
10 Yerli media
11 Şəkillər
12 Mənbə
13 İstinadlar
14 Xarici keçidlər
15 Həmçinin bax

[redaktə]
Tarixi

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca Ardı »

Tariximiz ve rayonlarimizTarixdə türklərin imzası var

Son dönəmlərə qədər dünya elmi fikri müəyyən siyasi, dini, etnik dairələrin təsiri və sifarişi ilə türkləri (oxu azərbaycanlıları) ən erkən yazılı mədəniyyətə malik olan xalqların sırasında göstərmir, onların yaratdıqları mədəniyyətin tarixini süni şəkildə yaxınlaşdırmağa (cavanlaşdırmağa) çalışırdılar. Bununla da çağdaş sivilizasiyanın yazısının və yazılı mədəniyyətinin yaranmasında və formalaşmasında türklərin rolunu inkar edir, gizlətməyə çalışırlar.

Nəhayət, bu uzun sürən haqsızlıq ədalətli dünya alimlərinin yeni elmi kəşfləri sayəsində aradan qaldırıldı; süni örtülmüş qara pərdə altından əsl görkəmi ilə ortaya çıxan ulu və qoca Türkün nəhəng kimliyi saxtakarlar dünyasını və eləcə də həqiqətpərəst bəşər alimlərini lərzəyə gətirdi...
Ardı »

Tariximiz ve rayonlarimizYardımlı

Yardımlı – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Yardımlı şəhəridir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Əhalisi
3.1 Görkəmli şəxsləri
4 İri yaşayış məntəqələri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 İstinadlar
11 Xarici keçidlər
12 Həmçinin bax

[redaktə]
Tarixi

Yardımlının xəritəsi

Yardımlı Vərgədüz dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-nin inzibati-iqtisadi ərazisi olmuşdur. 1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır. 1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycan SSR-nin inzibati ərazisi olmaqla 1991-ci ilədək bu tərkibdə qalmışdır. Yardımlı inzibati ərazi kimi 1918-1920-ci illərdə AXC-nin tərkibində olmuşdur. 1991-ci il 18 oktyabr Azərbaycan Respublikasının Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycan neftinin tarixi

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi.
Ölkənin ixrac imkanlarının genişlənməsi neft emalının həcmində və keyfiyyətində artım tələb edirdi. Zavodların gücü isə yetərincə deyildi. Qurğuların tikintisinə planlı şəkildə yenidən başlandı. Ölkənin Ardı »

Tariximiz ve rayonlarimizGəncə

Gəncə — Azərbaycanın ikinci böyük şəhəri. Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.

Ərazisi 110 km², əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.

Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.

Etimologiyası

Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza"- ərəb dilində "Ganca" – gürcü dilində) Pəhləvi sözü kimi qəbul edilir Ardı »