Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizÜzeyir Hacıbəyov - Milli musiqi günü

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının Ardı »

Tariximiz ve rayonlarimizManna dövləti

Manna dövləti e.ə. IX əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur. Iranzu:

Mərkəzləşmə siyasəti aparırdı;
Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;
Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;
Ölkədə canişinlik sistemi yaratdı;
Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;
Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);
Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi;
Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;
İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;
Azanın dövrü (e.ə. 718 - e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı Ardı »

Tariximiz ve rayonlarimizSədərək

Sədərək – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon. Rayonun əhalisi (2007-ci ilin əvvəlinə) 13,3 min nəfər, sahəsi isə 151,34 kvadrat kilometrdir.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Sədərək qəsəbə bələdiyyəsi7013
2Qaraağac kənd bələdiyyəsi3749
3Heydərabad qəsəbə bələdiyyəsi1771
4Cəmi12533
Mündəricat [gizlə]
1 Umumi məlumat
2 Təbiəti
3 Əhalisi
4 İqtisadiyyatı
5 Tarixi-arxeoloji və memarlıq abidələri
6 Mənbə
7 İstinadlar

[redaktə]
Umumi məlumat

Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Sahəsi 151,34 km²[1]-dir. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə və 3 kənd yaşayış məntəqəsi var.
[redaktə]
Təbiəti

Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən (bax Sədərək düzü) ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq Ardı »

Tariximiz ve rayonlarimizSabirabad

Sabirabad — Azərbaycanda rayon. Ümumi ərazisi 1469,35 km². Əhalinin ümumi sayı 150470. Kəndlərin sayı 74.
[redaktə]
Tarixi

Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə.V-I, V-II,e.ə I və eramızın III əsirlərinə aid etmək olar. Cavad orta əsr yaşayış yerini IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğu sübut edir. "Xavər zəmin", "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə Ardı »

Tariximiz ve rayonlarimizŞərur

Şərur – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon. Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.

Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası – muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.

Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim Ardı »

Tariximiz ve rayonlarimizLiman (Lənkəran)

Liman (əvvəlki adı Port-İliç) — Azərbaycanın Lənkəran rayonunda şəhər (1999[Mənbə göstərin]).Mündəricat [gizlə]
1 Tarixi
2 Mədəniyyəti
3 Coğrafiyası və iqlimi
4 Əhalisi
5 İqtisadiyyatı
6 Şəkilləri
7 Xarici keçidlər
8 Mənbə

[redaktə]
Tarixi

1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninnin adına Port-İliç adlandırılır. 1971-ci ildə şəhər statusunu alır. 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 8.661 nəfər əhali yaşayırdı. [2] Port-İliç şəhərinin adı dəyişdirilərək 1999-cu ildə Liman adlandırılmışdır. Ardı »

Tariximiz ve rayonlarimizAğstafa

Ağstafa – Azərbaycanda rayon. Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək ərazisi Qazax rayonu ilə birləşdirilmiş, 1990-ci ildə yenidən müstəqil rayon olmuşdur. Respublikanın şimal-qərb hissəsində, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyrançöl ön-dağlığında yerləşir. Sahəsi 1503,7 km², əhalisi 60,0 min nəfərdir (01.01.2009). Mərkəzi Ağstafa şəhəridir. 1881-ci ildə tikilmiş Bakı-Tbilisi dəmiryolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri rayonun ərazisindən keçir.Mündəricat [gizlə]
1 Sərhəd rayonlar, ölkələr və ərazilər
2 Coğrafiyası
3 Tarixi
4 Abidələri
5 Tarixi və memarlıq abidələrinin siyahısı
6 Əhalisi
6.1 Etnik tərkibi
7 Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
8 Nəqliyyat
9 Qəsəbələr / Kəndlər
10 İqtisadiyyat
11 İstinadlar
12 Mənbələr
13 Həmçinin bax

[redaktə]
Sərhəd Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycanın 2003-2008-cı illərdə

Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinici müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. O, prezident seçildikdən sonra Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəyni bildirərək respublikanın taleyüklü məsələlərinin həllinə cəsarətlə girişdi. İlk olaraq ölkə başçısı Ardı »