Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizGöyçay

Göyçay – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Göyçay şəhəridir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 Xarici keçidlər
13 Həmçinin bax

[redaktə]
Tarixi

"Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş Ardı »

Tariximiz ve rayonlarimizNeftçala

Neftçala rayonu — Azərbaycan Respublikasında inzibati rayon.

Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 24 yanvar 1939-cu ildən bir il müddətinə Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır[3]. 1959-cu ilin dekabrında[3] isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir. 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycanlıların etnik tarixi

Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Ardı »

Tariximiz ve rayonlarimizSəfəvilər dövləti haqqında

Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı.
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s. Ardı »

Tariximiz ve rayonlarimiz1946-60-cı illərdə respublikanın sosial-mədəni həyatı

50-60-cı illərdə respublikamızda sosial və mədəni quruculuğun bütün sahələrində xeyli nailiyyətlər əldə edilmiş, yeni sosial və mədəniyyət sahələri yaradılmışdı. Elmdə, təhsildə, incəsənətdə və sosial siyasətdə bir sıra yeniliklər edilmişdi. İqtisadiyyatda baş verən müsbət dəyişikliklər əhalinin sosial tərkibinə, istehlak tələblərinin ödənilməsi səviyyəsinə təsir göstərmişdi. 60-cı illərin sonunda əhalinin sayı artaraq 5 milyonu ötüb keçmişdi. 70-ci illərin əvvəllərində isə bu rəqəm 5.117 mln. nəfər olmuşdu. Elmi nailiyyətlərin istehsalata tətbiqi, savadlı, universal kadrların hazırlanması, iqtisadi strukturların elmi prinsiplər üzrə qurulması və inkişaf etdirilməsi sosial mədəniyyət sahəsində siyasətin başlıca tələbləridir. İnsanların sağlamlığının qorunması, onların həyatının və əməyinin mühafızəsi sosial siyasətin başlıca şərtlərindəndir. Bəhs etdiyimiz dövrdə Ardı »

Tariximiz ve rayonlarimizGədəbəy

Gədəbəy – Azərbaycanın qərbində rayon.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafiyası
3 İri yaşayış məntəqələri
4 İqtisadiyyat
5 Mədəniyyət
6 Memarlıq abidələri
7 Görkəmli şəxslər
8 Şəkillər
9 İstinadlar
10 Mənbə
11 Xarici keçidlər
12 Həmçinin bax

[redaktə]
Tarixi

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.

XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 Ardı »

Tariximiz ve rayonlarimizAğcabədi

Ağcabədi — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə Ardı »

Tariximiz ve rayonlarimizAXC-nin daxili siyasəti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu.
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq Ardı »