Tariximiz ve rayonlarimiz → Rusiya işğalının başlanması. General Sisianov
Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları üzərinə yüklənməsındə general-leytenant Pavel Dmitriyeviç Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı əski gürcü əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya köçmüşdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk almışdı. "Qızılayaq yaranalın" (V.Zubovun) yürüşündə iştirak etmlş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdur.
1803-cü illn fevralında Tiflisə Qafqazın baş komandanı kimi varan Sisianov, Həştərxan general-qubernatoru və Gürcüstanın baş hakimi vəzifələrini tuturdu. Onun gəlişi Ardı »