Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizAğqoyunlu dövləti

Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.

Ağqoyunlu dövlətinin yaranması

XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycanda xanlıqlar. Quba xanlığı

XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərində bir sıra elmi-tədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir.
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş və ölkə ağır vəziyyətə salınmışdı.
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların Ardı »

Tariximiz ve rayonlarimizAXC-nin xarici siyasəti

1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni Ardı »

Tariximiz ve rayonlarimizDəliməmmədli

Dəliməmmədli şəhəri — Azərbaycan Respublikasının Goranboy rayonunda yerləşir. 1991-ci ildə şəhər statusu alıb. Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində yerləşir. Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Gəncə-Qazax düzənliyindədir. Pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu, taxıl qəbulu məntəqəsi, Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, uşaq musiqi məktəbi, peşə məktəbi, kitabxana, uşaq bağçası, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, xəstəxana, idman meydançası, dəmiryolu stansiyası, bank, mikrokredit xidmətləri, poçt, rabitə şöbəsi vardır.Mündəricat [gizlə]
1 Yerləşdiyi mövqe
2 İqlimi
3 Əhalisi
4 Əhalinin zamanlar üzrə sayı
5 Tanınmış şəxsiyyətləri
6 Şəkilləri
7 Həmçinin bax
8 Mənbə
9 Xarici keçidlər

[redaktə]
Yerləşdiyi mövqe

Dəliməmmədli şəhəri iqtisadi cəhətdən çox Ardı »

Tariximiz ve rayonlarimizMasallı

Masallı — Azərbaycan Respublikasının cənub-şərqində rayon. Masallıda 108 yaşayış məntəqəsi, 7 tibb müəssisəsi və 130 mədəniyyət ocağı vardır.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafiyası
3 Əhali
4 Bələdiyyələri
5 Qoruqlar
6 Tarixi və memarlıq abidələri
7 Masallının qəhrəmanları
8 Masallının görkəmli şəxsləri
9 Fotoqalereya
10 İstinadlar

[redaktə]
Tarixi

Masallı Rayon

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.

"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Ardı »

Tariximiz ve rayonlarimizZal xan məscidi - İrəvan Xanlığı

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi, yaxud isə Şəhər Ardı »

Tariximiz ve rayonlarimizKənd təsərrüfatı XX əsrin əvvəlində

XX əsrin əvvəllərində aqrar sahədə də bir çox irəliləyişlər baş vermişdi. Müharibə ərəfəsində 1,3 milyon desyatinə çatan əkinə yararlı torpaq sahələrinin yarıdan çoxunda buğda, arpa və düyü, 12%-ində isə pambıq əkilirdi. 1903-cü ildə 60 milyon puda yaxın taxıl məhsulları yığılmışdı. Bütün təsərrüfatların 10%-ni təşkil edən qolçomaq (kənd burjuaziyası) təsərrüfatlarında 1913-cü ildə 20 milyon pud (ölkə üzrə bütün taxılın 1/3-i) taxıl əldə edilmiş və bunun 15 milyon pudu bazarlara satışa çıxarılmışdı. Ümumiyyətlə, Azərbaycanda hər desyatin torpaq sahəsindən orta hesabla 42 pud taxıl götürülürdü.
Bütün Cənubi Qafqazda istehsal edilən çəltik məhsulunun 85%)-dən çoxu Şimali Azərbaycanda becərilirdi.
Kənd təsərrüfatı istehsalının texniki təchizatının zəif olması, Ardı »

Tariximiz ve rayonlarimizGöygöl

Göygöl – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Göygöl şəhəridir.Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax

[redaktə]
Tarixi

Göygöl rayonu

Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf) adı altında salınıb. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul Ardı »