Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatNovxanı..

Bura 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.

Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər. Beləliklə, bu dəfə oxuculara Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən Novxanıdan danışacağıq.
Novxanı

Zahiri və mental baxımdan fərqli kənd...
Abşeron bağlarının yaranma tarixi 5 min il əvvəllərə gedib çıxır. Ardı »

Ümumi MelumatAzərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.

Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdir. Bu qanun layihələrindən 32-si Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin ədliyyə sahəsində Ardı »

Ümumi MelumatQanunvericilik hakimiyyeti

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti bir palatadan ibarət olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ölkə əhalisi tərəfindən seçki yolu ilə formalaşdırılan parlament qanunvericilik hakimiyyətini təmsil edən demokratik dövlət quruluşunun ayrılmaz institutu, dövlət hakimiyyətinin mühüm qollarından biridir. Onun fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa Ardı »

Ümumi MelumatMəmməd Həsən Hacınski=Bakı Bulvarının banisi

Bakı Bulvarının ideyası Bakı Şəhər Dumasının mühəndisi Məmməd Həsən Hacınskiyə məxsusdur.

Görkəmli mühəndis, siyasətçi və ictimai xadim olan M. Hacınski 1875-ci il martın 3-də Bakıda doğulmuşdur. 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında isə doğma Bakıya qayıdaraq, şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur.

M.H.Hacıncki 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir; şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910 illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və Ardı »

Ümumi MelumatQadağa və məhdudiyyət qoyulan mallar

Beynəlxalq və daxili poçt göndərişlərində göndərilməsinə qadağa qoyulan və şərti icazə verilən malların siyahıları Azərbaycan Respublikasının qanunvericiliyinə, Ümumdünya Poçt İttifaqının Aktlarına və bu İttifaq tərəfindən dərc olunan üzv ölkələrə dair müvafiq məlumatlara əsasən təyin edilir.

Azərbaycandan göndərilməsinə qadağa qoyulan mallar:
odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
radioaktiv maddələr,
narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materillar,
xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat,
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq Ardı »

Ümumi MelumatHövsan..

Hövsan sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Mülahizələrə görə, Hövsan ovsun, ovdan, hövzə və başqa anlamları verir. Tədqiqatlar nəticəsində Hövsan toponiminin bir neçə yazılış forması da müəyyənləşib. Tarixçi Sara Aşurbəyli Hövsan toponimini İran mənşəli söz hesab edir. Abbasqulu ağa Bakıxanov “Hovz” adlanan ərazidə türkdilli əhalinin yaşamasını və kəndin adının da elə buradan götürüldüyünü qeyd edir. Daha bir versiyaya görə isə, Hövsan oğuz türk tayfalarından birinin adıdır. Buna sübut olaraq Hövsan və Türkan kəndləri arasında tapılmış kurqan qəbirləri və qədim əşyaları göstərilir. Hövsanda qədim yerlər mövcuddur: Təmənis, Fərəqət, Qala bazisi, Səngər, Əlcəyi və s. Kəndin əhalisinin əksəriyyətini tatlar, muğanlılar və dağlılar Ardı »

Ümumi MelumatFaydalı qazıntılar

Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir. Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan Ardı »

Ümumi MelumatAzərbaycanın siyasi sistemi

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu.

Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə Ardı »