Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatAzərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.

Ölkəmizdəİslam dininin yayılması iləəlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmişərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu iləəks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür Ardı »

Ümumi MelumatBakının tarixi

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7-ci əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (15-ci əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir. 9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, Ardı »

Ümumi MelumatBakı şəhəri

Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur. Ardı »

Ümumi MelumatAzərbaycanın konstitusiyası

BİRİNCİ BÖLMƏ - ÜMUMİ MÜDDƏALAR
I fəsil - XALQ HAKİMİYYƏTİ

Maddə 1. Hakimiyyətin mənbəyi
Maddə 2. Xalqın suverenliyi
Maddə 3. Ümumxalq səsverməsi – referendum yolu ilə həll edilən məsələlər
Maddə 4. Xalqı təmsil etmək hüququ
Maddə 5. Xalqın vahidliyi
Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi

II fəsil - DÖVLƏTİN ƏSASLARI

Maddə 7. Azərbaycan dövləti
Maddə 8. Azərbaycan dövlətinin başçısı
Maddə 9. Silahlı Qüvvələr
Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri
Maddə 11. Ərazi
Maddə 12. Dövlətin ali məqsədi
Maddə 13. Mülkiyyət
Maddə 14. Təbii ehtiyatlar
Maddə 15. İqtisadi inkişaf və dövlət
Maddə 16. Sosial inkişaf və dövlət
Maddə 17. Ailə, uşaqlar və dövlət
Maddə 18. Din və dövlət
Maddə 19. Pul vahidi
Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər
Maddə 21. Dövlət dili
Maddə 22. Paytaxt
Maddə 23. Azərbaycan Ardı »

Ümumi MelumatBabadağ ziyarətgahı

Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir
Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox kədərlənib. O, ögey anası ilə Babadağına çıxıb və Allahdan bağışlanmağını istəyib. Ardı »

Ümumi MelumatAzərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə Ardı »

Ümumi MelumatBakı şəhərinin tarixi

Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaradıb. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb.
Qobustanda, Böyükdaş dağının ətəyində tapılmış, b.e-nın 80-90-cı illərinə aid diqqətəlayiq latın yazısında deyilir: «İmperator Domisian Sezar Avqust Hermanik, Lusi Ardı »

Ümumi MelumatAzerbaycan R siyasi sistemi

Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.


Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi Ardı »