Ümumi Melumat → Xəzər dənizi
Yer kürəsinin ən böyük gölü - Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhədində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyək qapalı su tutarıdır. Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır.
Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Ardı »