Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatAzərbaycan miniatürləri

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, «siyah qələm» və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin «Vərqa və Gülşa» əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud Ardı »

Ümumi MelumatAzərbaycan yəhudiləri

Azərbaycanda yaşayan ən qədim xalqlardan biridə Yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünür. Azərbaycan bir müddət Krımçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik və Gər Yahudilərinə də ev sahibliyi etmişdir. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olmuşdur və bunların 5500-ünü Dağ Yahudiləri təşkil etmişdir.Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir.

Yahudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, dünyada Dağ Yahudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir. 1920-ci ildən bəri isə, Şamaxı rayonunda demək olar ki Yahudi ailəsi yoxdur. Yahudilərin Ardı »

Ümumi MelumatÇövkən - sağlamlıq və sevgi

At muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Məsələn, xalq arasında inama görə, əgər yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bu xüsusiyyətlərdir. «Koroğlu» dastanını oxuyub Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var — o, insanların əbədi dostu və köməkçisidir. Bəşər övladı tarixən atdan xeyir görüb, faydalanıb.

Ardı »

Ümumi MelumatXınalıq-dağların tacı

Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər Ardı »

Ümumi MelumatSaraylar...

Hər bir dövrün özünəməxsus milli memarlıq xüsusiyyətlərini qoruyub saxlayan maddi mədəniyyət nümunələrindən olan sarayların digər yaşayış və ya inzibati binalarla oxşarlığı ilə yanaşı, fərqli cəhətləri də az deyil. Adlarına və daşıdıqları funksiyalara əsasən nağıllarda və əfsanələrdə rast gəlinib. Lakin sonradan yaranmış ayrı-ayrı yazılı ədəbi nümunələrdə sarayların daha fərqli forma və məzmun daşıması barədə məlumatlar kifayət qədər yer alıb. Əsasən şahlıq dövrünün milli memarlıq nümunələri sayılan sarayların tikilməsində bənna (usta) və nəqqaşların xüsusi əməyi olub. Əcəmi Naxçıvani, usta Tağı, Hacı Məhərrəm, usta Qənbər Qarabaği, Mirzə Qədim İrəvani (İrəvanda Sərdar Sarayının divar rəsmlərinin nəqqaşı, 1850-ci il), xəttat Süleyman, Şükür Qənbər oğlu, Mirzə Mehdi Ardı »

Ümumi MelumatMuğam

Muğam - Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus janrdır.
Dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Yaxın və Orta Şərq xalqlarının 14-cü əsrdə inkişafın zirvə nöqtəsinə çatmış musiqi mədəniyyətini 12 sütunlu və 6 bürclü (qülləli) bir binaya bənzədir. 14-cü əsrin sonuna yaxın baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu binanın divarları çatlayaraq, uçub dağılmış və Üzeyir bəyin təbirincə desək, Şərq xalqlarından hər biri bu musiqi binasının qiymətli parçalarından istifadə edərək, özünün yeni musiqi barigahını tikmişdir. Üzeyir Hacıbəyovun qeyd etdiyi Ardı »

Ümumi MelumatBakı Şəhər İcra Hakimiyyəti

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:


Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş.


Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977


Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991


Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci il


Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4 saylı ünvandakı binada yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın tikintisinə 1900-cu ildə başlanmış və 1904-cü ildə başa çatmışdır. Binanın milliyətcə polyak olan memarı İ.Qoslavski (1865-ci ildə Varşavada anadan olmuş, 1904-cü ildə 39 yaşında vəfat etmişdir. 1892-ci ildən Bakının baş memarı olmuşdur) Ardı »

Ümumi MelumatAzerbaycanın erazisi

Ərazisi

86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km

Böyük göllər, km2
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4

Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.
Ən yüksək Ardı »