Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatŞumer- Türk- Azərbaycan eyni kökdür

Elməddin Əlibəyzadə «Bilqamıs», «Avesta», «Orxon -Yenisey» kitabələri haqqında geniş araşdırmalar aparıb.

Gülxani Pənah,araşdırmaçı: «Mən Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkəm. Bununla da fəxr edirəm:
Millətim türk, dilim türk dili, Vətənim Azərbaycandır». Bu fikirlər Elməddin Əlibəyzadəyə məxsusdur. Onun elmi fəaliyyətinin əvəzsiz incisi «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» üzrə apardığı tədqiqat işləridir. Bütün elmi fəaliyyətini kənara qoyub, alimin bu yönümdə apardığı işləri tədqiq etsək, zəngin, ensiklopedik bir biliyə malik Azərbaycan alimi, mütəffəkiri gözlərimiz önündə canlanar. «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində islamaqədərki tariximiz, türk xalqlarının, eləcə də Azərbaycan xalqının soykökcə Şumerlərlə bağlılığı məsələlərini üzə çıxarmaq, milli-mənəvi dəyərlərimizi aşkarlamaq, Ardı »

Ümumi MelumatAzərbaycan rabitəsinin inkişaf yolu

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.

Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.

poçt qutusuNəhayət, zaman keçdikcə insanlar yeni metodlardan istifadə etməyə başlamış və məlumatların (məktubların) çatdırılması üçün xüsusi öyrədilmiş göyərçinlərdən istifadə etmişlər. Uzun müddət bu metoddan istifadə etdikdən sonra artıq yazışmaların sayının artması daha etibarlı metodlardan istifadə zərurətini yaratmışdır. Belə ki, əvvəlcə poçtun (məktubların) Ardı »

Ümumi MelumatŞirvanşahlar sarayı

Şirvanşahlar saray ansamblı - Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal - Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, Ardı »

Ümumi MelumatMərdəkan..

Böyük rus şairi Sergey Yesenin İrana gedərkən yolunu Mərdəkandan salır. O, kəndi gəzərkən tez-tez başıbağlı qadınlara rast gəlir. Buraların İran ola biləcəyini düşünən S.Yesenini Mircəfər Bağırov yoldan çıxarır. M.Bağırov böyük rus şairinin Mərdəkanda qalıb dərs deməsini istəyir. Ona görə də onu aldadaraq buranın İran olduğuna inandırmağa çalışır. Beləliklə, S.Yesenin uzun müddət Mərdəkanda qalır.
Bu əhvalatı bizə S.Yeseninin Mərdəkandakı ev-muzeyində olarkən Hacı Miraqil adlı kənd sakini danışdı.

Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında növbəti yazını hazırlamaq üçün yolumuzu Mərdəkan kəndindən salırıq. Şəhər tipli qəsəbə statusunu 1936-cı ildə alan Mərdəkanın ərazisi 1600 hektara bərabərdir.
Xəzər dənizi sahilindəki bu kurort kəndinin əhalisi 15760 nəfərdir. Qədim yaşayış məntəqələrindən Ardı »

Ümumi MelumatBAKI HAQQINDA MƏLUMAT

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.


Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.


Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda Ardı »

Ümumi MelumatRamana kəndi

Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.

Sovet hakimiyyətinin ilk illərində Ramana kəndinin ərazisində neft quyuları qazılıb. Bununla əlaqədər kəndin cənub-qərbində (aeroport yolunun kənarında) Yeni Ramana Ardı »

Ümumi MelumatAzərbaycan almanları

Cənubi Qafqazda ilk alman koloniyası bu günkü Gürcüstan ərazisində salınıb. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salıblar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranıb.
Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.
Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Ardı »

Ümumi MelumatLəzgilər

Ləzgilər – Özlərini «Ləzgiyar» adlandıran ləzgilər Dağıstan Respublikasının Qasımkənd, Məhərrəmkənd, Doqquzpara, Axdi habelə, Azərbaycan Respublikasının Quba və Qusar rayonlarında, Qazaxıstan və Türkmənistanda məskunlaşmışlar, Ümumi sayları 466 min nəfərdir. Köhnə ensiklopedik ədəbiyyatlarda Dağıstanın bütün əhalisi ləzgi adlandırılırdı. Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna Aid olunan ləzgi dili bir-birindən kəskin fərqlənən üç dialektə bölünür. 1) Kürə, 2) Samur, 3) Quba. Öz dillərindən başqa ləzgilərin əksəriyyəti azərbaycan və rus dillərini bilirlər. XIX yüzilliyin əvvəllərinə qədər öz dindaşları olan azərbaycan türkləri ilə birlikdə Azərbaycan dövlətinin tərkibində yaşayırdılar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Ləzgi qalayçıları bütün Qafqazda məşhurdur. Xur adlanan ləzgi kəndləri əsasən bulaqların yanında salınırdı. Ləzgi Ardı »