Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatMüasir Azərbaycanda dinlər

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda Ardı »

Ümumi MelumatMərdəkan...

Adı “Mərdlər məkanı” kimi tərcümə olunan Mərdəkan kəndi qədim tarixi abidə və tikililərlə zəngindir. Bu sırada dördkünc Mərdəkan qalası (XIV əsr), dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tuba Şahi məscidi, türbələr (XV və XVII əsrlər), məşhur neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin imarəti (XX əsrin əvvəli) və s. daxildir. Mərdəkanda 4 ümumtəhsil məktəb, 5 uşaq bağçası, internat, musiqi evi, mədəniyyət sarayı, kitabxana, dendrari (nəbatat parkı), xəstəxana, bir neçə sanatoriya və pansionat var.

Keçmişə səyahət
Bələdçim kənd sakini Vidadi dayı (kənddə uşaqdan böyüyə hamı ona “Boba əmi” deyə müraciət edir) kəndin məşhur tarixi abidələri haqqında Ardı »

Ümumi MelumatCorat

Coratın əsl yaşını dəqiq bilən yoxdur. Amma bu kəndin adını öz yol qeydlərində çəkən səyyahlar, tarixçilər, eləcə də çar Rusiyası məmurlarının tərtib etdiyi müxtəlif hesab və məlumat kitablarında Coratın varlı yer olduğuna dair kifayət qədər məlumata rast gəlmək olar. Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.
Bir də qəsəbə məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir. Hər kəs bilir ki, Ardı »

Ümumi MelumatAzərbaycanda təsviri sənət

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. «Molla Nəsrəddin» və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. «Molla Nəsrəddin» jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur «Yüz tip» rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin «Hophopnamə» Ardı »

Ümumi MelumatSualtı şəhərin sirri

Tarix kitablarından oxuyuruq ki, 1192-ci ildə baş verən zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı dağılır. Şirvanşahlar Bakını özləri üçün yeni paytaxt seçirlər və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah - indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub?
Bu sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır. Əhali arasında dolaşan əfsanə və rəvayətlərdə vaxtilə Bakıya lap yaxın olan, sonradan isə Xəzərin suları altında qalan şəhərdən danışılır.
Tarixi mənbələrdə də Bakı yaxınlığında dənizdə qala, şəhər barədə söhbət açılır. Məsələn, Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" dastanında Bakıda Ardı »

Ümumi MelumatBakı Metropoliteni

üstəqil Azərbaycan Respublikasının paytaxtı olan müasir Bakı şəhəri Yaxın şərqdə ən iri şəhərlərdən biridir. Təbii amfiteatr şəklində 150 kv.km qədər sahəni əhatə edən Bakı şəhəri, Xəzər dənizinin sahilində 20-km-ə kimi körfəzboyu uzanır.


Bakı və neft bir-birilə əlaqəli, biri-birini tamamlayan iki məfhum. Hələ qədimdən Abşeron yarımadasında, aşkar edilmiş neft yataqları, XIX əsrin axırı, XX əsrin əvvəllərindən başlayaraq burada, bir sıra iri müəssisələrin, o cümlədən neftçıxarma və neftemalı, enerji, maşınqayırma, kimya, metaltökmə və başqa müəssisələrin yaranmasına və bunların yüksək templə inkişafına səbəb oldu. Həmin istehsal müəssisələrinin ətrafında fəhlə qəsəbələri və yaşayış sahələri durmadan inkişaf edir artırdı. 30-cu illərin əvvəlləri, iri istehsal sahələri, sıx Ardı »

Ümumi MelumatQobustan...

Abşeron yarımadasının qərbində və cənubi-qərbində, Bakının 60 km-də yerləşən, Böyük Qafqazın (qıraq) cənubi-şərq qollarının alçaq dağlıq və dağətəyi rayonudur. Qobustanın adı “Qobu” sözündən götürülmüşdür. Ona görə də Qobustan qobular və yarğanlar diyarı sayılır. Ən böyük hündürlük burada 1047 m-dir. Palçıqlı, dərə-təpəli, palçıqlı-gilli relyefə malikdir. Cənubunda palçıqlı yanardağlar mövcuddur. Burada əsasən yarımsəhra landşaftları hökm sürür. Qış otlaqları da var. Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Bundan başqa qədim yaşayış məntəqələri – 20 mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezozoy Ardı »

Ümumi MelumatFatmayı

Qədim və zəngin tarixi ilə seçilən Bakı kəndlərindən biri də Fatmayıdır. Kənd qəbiristanlığındakı türbə və qəbirdaşı yazıları bu yaşayış məskəninin ən azı 600 illik tarixi olduğunu deməyə əsas verir. Fatmayı kəndi Məhəmmədi, Digah, Pirşağı və Görədil kəndləri ilə qonşudur.

Kəndin yaxınlığında “Aşağı şor” deyilən qurumuş duz gölü və adı əfsanəyə çevrilmiş “Qızıl nohur” gölü yerləşir. Əfsanəyə görə, al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı “Qızıl nohur” adlanır. Əvvəllər kənddə yaşıllıq hədsiz dərəcədə az olub. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmyə taxıl və bostan bitkiləri yetişdirərdilər. İsti yay aylarında isə dənizə Ardı »