Sureler → HİCR SURƏSİNİN ŞƏRHİ 1-35
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
(15.1) “Əlif. Ləm. Ra. Bunlar – Kitabın və açıq-aydın Quranın ayələridir”.
Fövqəluca ən gözəl mənalara malik olan və ən mühüm hökmləri izah edən Quran ayələrinin əzəmətini bu ayədə xüsusilə nəzərə çatdırır. Onlar haqqı ən zərif və başa düşülən tərzdə açıqlayır ki, bu da insanları bu Kitaba itaət etməyi, onun nəsihətlərini yerinə yetirməyi və onu sevinc və məmnuniyyətlə qəbul etməyi zəruriləşdirir.
(15.2) “Kafirlər mütləq müsəlman olmağı arzu edərlər”.
Əgər insan Müqəddəs Quranı rədd edərək öz Rəbbinin ən böyük nemətinə nankorluqla cavab verərsə, onda o, yolunu azmış kafirlərin cərgəsinə düşər və onlar, İslamı qəbul etmədiklərinə və Quranın hökmlərini yerinə yetirmədiklərinə Ardı »