Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarSabir Nəbioğlu

Sabir Nəbioğlu – tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru.

Sabir Nəbi oğlu Əmirov 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir.

1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, burada o, bölmə komandirinin müavini olmuş və məktəbi kapitan rütbəsində bitirmişdir (1947).

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini (1953) fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri, İranlı Ardı »

Şairlər və YazıçılarFamil Mehdi

Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977).

Həyatı

Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ardı »

Şairlər və YazıçılarQasım Qasımzadə

Qasımzadə Qasım Xansuvar oğlu – şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçlar İttifaqının üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü (1991)[

Həyatı

Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə Ardı »

Şairlər və YazıçılarYusif Vəzirov

Yusif Vəzirov — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), Azərbaycan Respublikası Əsilzadələr məclisinin üzvü (1999)
[redaktə]
Həyatı

Yusif Orxan oğlu 25 mart 1968-ci ildə Bakı şəhərində dünyaya gəlib.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Institutunda oxumuş (1985), Sovet ordusu sıralarında xidmət etdikdən (1986-1988) sonra təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam edib.

Oranı 1994-cü ildə bitirib, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1995-ci ildən Azərbaycan Respublikası Xarici Işlər Nazirliyində çalışır.

Yusif Vəzirov bədii yaradıcılığa 1989-cu ildən başlamış, miniatürləri Amerika Birləşmiş Ştatlarında çıxan "Vestnik" və "Spektr" jurnallarında dərc olunmuşdur. "Tak malo o mnoqim" (1996), "Madein USA" (2003), "Domaşnee zadanie" (2004), Ardı »

Şairlər və YazıçılarHidayət Orucov

Hidayət Xuduş oğlu Orucov (d. 5 sentyabr 1944-cü il, Maralzəmi, Muğru rayonu, Ermənistan SSR, SSRİ) — şair-dramaturq; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012); Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri[1]. Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən

Həyatı və karyerası

Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur.
[redaktə]
Təhsili

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
[redaktə]
Əmək fəaliyyəti

Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on Ardı »

Şairlər və YazıçılarEtimad Başkeçid

Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid) — şair, yazıçı, jurnalist, tərcüməçi.
[redaktə]
Həyatı

Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın Dmanisi rayonunun Kilovisi kəndində anadan olub. 1987-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. Bakı Slavyan Universitetinin "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiridir. "Broy&Panoptikum" şeirlər və hekayələr kitabının müəllifidir. Boris Yevseyevin "Süddə çəpiş" (şərikli), Stiven Kinqin "Ölü zona", Lev Anninskinin "Ceviz ləpəsi" (şərikli), M.Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" kitablarını Azərbaycan dilinə çevirib. Yazıçı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ardı »

Şairlər və YazıçılarRuhulla Axundov

[color=#c238dd]Axundov Ruhulla Əli oğlu – sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926).
[redaktə]
Həyatı

Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi. 1916-cı ildə mətbəədə işləmişdir. 1917-ci ildə "sağ" azərbaycanlı eserlər qrupunun üzvü olmuşdur. 1918-ci ildə Bakı Sovetinin "İzvestiya", 1919-cu ildə ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist" qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, "Kommunist" qəzetinin və digər dövrü Ardı »

Şairlər və YazıçılarMəcnun Göyçəli

İbrahimov Məcnun Səməd oğlu (Məcnun Göyçəli) - şair, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü.
[redaktə]
Həyatı

Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967-1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973-1979).

Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru işləmişdir (1982-2002).

Ədəbi fəaliyyətə erkən başlamışdır. Ardı »