Şairlər və Yazıçılar → Abdulla bəy Divanbəyoğlu
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu – nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935).
[redaktə]
Yaradıcılığı
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə Ardı »