Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqXərçəng yaradan məhsullar müəyyən edildi

Akrilamid birləşmələri heyvanlarda onkologiyanın inkişafına səbəb olur və insanlar üçün də təhlükəlidir. "EvroSMİ" informasiya-analitika qəzeti bildirir ki, bu birləşmələr bir sıra məhsullarda olur ki, Amerika alimləri qidada onları məhdudlaşdırmağı tövsiyyə edirlər.

Ekspertlər bildirib ki, bu təhlükəli maddələr şəkərin və bitki mənşəli ərzaqlardakı amin turşularının yüksək temperatur altında işlənməsindən yaranır.

Qısa müddətli termiki emal isə təhlükə doğurmur. Buna görə də həkimlər qızardılmış kartofdan, krekerdən, çörəkdən və hətta quru meyvələrdən uzaq durmağı məsləhət görür. Amma çiy məhsullarda onun konsentrasiyası elə də yüksək olmur. ABŞ ərzaq və dərmanlar idarəsi qəbul etdiyi yeni direktivlə əhalini akrilamidli məhsullardan uzaq durmağa çağırıb. Ardı »

SaglamliqStress illə mübarizə aparmağın 10 qaydası

[color=#b53dd2]Aşağıdakı 10 praktik tövsiyyəyə əməl etməklə stresə asanlıqla qalib gəlmək olar:
1. Düzgün nəfəs almağı bacarmalısınız. Düzgün nəfəs, ağır, dərin və səssiz olmalıdır. Nəfəsinizi verdikdə gərginliyiniz aradan qalxar və rahatlandığınızı hiss edərsiniz. Nəfəsi burundan alın, ağızdan verin.
2. Gündə 10-15 dəqiqə davamlı şəkildə fiziki hərəkətlə məşğul olmaq da stersdən azad olmağa kömək edir.
3. İdeal çəkinizi saxlayın, həddindən artıq yağ, şəkər və duzdan uzaq durun. Yeməklərinizi kiçik loxmalarla yavaş-yavaş və çeynəyərək yeyin. Çoxlu su için.
4. Axşam eyni saatda yatıb, səhər eyni saatda durmağı vərdiş halına salın.
5. Yerinizə yatmaq üçün uzanın, sıxıntı, kədər, uğursuzluq və ya səhvləri çarpayınızda düşünüb Ardı »

SaglamliqAmerikalı alimlər yuxu pozğunluğunu tənhalıqla əlaqələndirirlər

Bu barədə "WebMD" xəbər verir. Araşdırmanı Çikaqo Universitetindən Liann Karinanın rəhbərliyi ilə bir qrup mütəxəssis aparıb. Onların işi ilə bağlı hesabat "Sleep" jurnalında dərc olunub.

Tədqiqatda ABŞ-ın Cənubi Dakota ştatının 95 sakini iştirak edib. Könüllülər arasında orta yaş həddi 40-a yaxın təşkil edib. Alimlər onlara tənhalıq, depressiya, narahatlıq və stresslə bağlı bəzi suallar veriblər, eləcə də onlardan yuxunun keyfiyyətini və gündüz saatlarında yuxusuzluqla bağlı subyektiv fikir söyləməyi xahiş ediblər.

Bundan əlavə, həftə ərzində bütün iştirakçılar biləklərinə xüsusi qolbaq taxıblar. Bu elektron qurğunun köməyi ilə tədqiqatçılar yuxunun davamlılığını ölçüblər, həmçinin yuxu fazalarının dəyişməsini və gümrahlığı qeydə alıblar.

Alimlər aydınlaşdırıblar ki, özlərini tənha hiss edən iştirakçılar Ardı »

SaglamliqHəddindən artıq maye itkisinə diqqət!

Məlumata görə gün ərzində yetərli miqdarda maye qəbul etməyənlər şüur itkisi ilə bərabər müxtəlif sağlamlıq problemləri yaşaya bilər. Bu mövzuya "Nefroloq və Hipertoniya" sahəsində fəaliyyət göstərən Prof. Dr. Tekin Akpolat da toxunub. Onun sözlərindən aydın olur ki, həddindən artıq maye itkisi insanda böyrək çatışmazlığı kimi xəstəliklərə şərait yaradır.
Liv Hospitalında fəaliyyət göstərən mütəxəssisin sözlərinə görə maye itkisi qeyd olunanlardan əlavə insanda halsızlıq, baş gicəllənməsi və təzyiqin aşağı olması kimi hallara səbəb olur. Sağlam şəxslər həddindən artıq maye itkisinə yol vermirlərsə gündə 2-3 litr maye qəbulu onlar üçün normal hesab olunur.
Həyat üçün imtina edilməyən maddələrdən olan su bədəndəki tarazlığın qorunmasında böyrəklər başda Ardı »

SaglamliqBeynini işlədən gec yaşlanır

Beyin məşqləri insanın zehninin gənc qalmasına kömək etdiyi bildirilir.
Zehni gücsüzlüyü yaşlanmanın qaçılmaz nəticələrindən biri hesab etmək olarmı?
Məlumata görə Kaliforniyada yaşlanmanın təsirlərini ortadan qaldırdığı iddia edilən beyin məşqləri haqda müxtəlif reklam çarxları çəkilib.
Həftə boyu istifadə olunan beyin məşq proqramlarından yararlanmaqda fayda olduğunu hamımız bilirik. Həmin proqrama gözlərinizi bağlayaraq duş qəbul etməyi, səhərlər qısa bir gəzintidə olmağı, müxtəlif məntiqi məsələlər həll etməyi və ya insan orqaniziminə zərər verməyən zəka oyunları oynamağı da əlavə edə bilərsiniz. Axşam yeməyində balıq yeməklərindən istifadə daha yaxşı olar. Mütaliyə etmək və ya lüğətdən bilmədiyiniz bir neçə kəlmə öyrənmək beyni məşq etdirməyə və zehninizi cavanlaşdırmağa kömək Ardı »

SaglamliqVelosiped sürənlər uzunömürlü olur

Böyük Britaniya alimləri hesab edirlər ki, piyada gəzməyi və velosiped sürməyi sevənlər avtomobilə üstünlük verənlərə nisbətən ömürlərini daha xoşbəxt və sağlam başa vururlar.
AzərTAc xəbər verir ki, alimlər 18-65 yaşlı 18 min nəfərlə onların ailə vəziyyəti, stress və digər amillərlə bağlı apardıqları sorğudan sonra bu nəticəyə gəliblər.
Məlum olub ki, şəxsi avtomobillərini qarajda qoyub işə piyada və yaxud velosipedlə gedənlər özlərini xoşbəxt sayırlar, çünki onlar tıxaclarda qalıb vaxtlarını itirmir və stress keçirmirlər.
"Sorğular göstərir ki, şəxsi avtomobillərdən istifadə edənlərlə müqayisədə ictimai nəqliyyatla səyahətə çıxanlar özlərini daha xoşbəxt hiss edirlər.
İctimai nəqliyyatla səfərə çıxmaq sərnişinlərə dincəlməyə, oxumağa və dostları ilə əlaqə saxlamağa imkan verir", -deyə Şərqi Ardı »

Saglamliqİdman Zalında Özünü Düzgün Apar

[color=#173bd3]Anonim fitnes sevər daha yaxşı məşqlər üçün davranış qaydalarını təklif edir..

Əvvəlcə əsas şeylər:

İdman zalına getməyi xoşlayıram. Amma ətrafda baş verənlərə fikir verməyə bilmirəm. Bəzi idman zalına gələnlər elə bil, davranış qaydalarını qəbul piştaxtasında qoyub içəri keçirlər. Heç işə dezodorant vurmadan getmisən? Məncə, yox. Onda idman zalına niyə belə gəlirlər? Düzgün davranış qaydaları çətin deyil, odur ki, oxu…

Az danışmağa çalış

İdman zalına, əslində, nə üçün gedirsən? Səhv edirəmsə, məni düzəlt, amma bura bəyəm məşq etməyə gəlmirik? Ortalıqda veyllənmək, tanış olmayan insanlarla çənə döymək münasib deyil. Bura salon deyil. Və mən buraya tanış olmaq üçün gəlməmişəm.

Zəhmət olmasa, əyninə bir şey geyin!

Mən çılpaq bədənlərə qarşı Ardı »

SaglamliqABŞ-da Hər 7 gəncdən biri vitamin D çatışmazlığından əziyyət çəkir

ABŞ-ın Weill Cornel Tibb Kollecinin İctimai Sağlıq şöbəsinin araşdırması nəticəsində belə bir nəticə ortaya çıxmışdır ki, Vitamin D çatışmazlığı uşaqlarda sümük əriməsinə və raxit xəstəliyinə,böyüklərdə isə ürək-damar,xərçəng,şəkər və hipertoniyaya gətirib çıxara bilər.
Və araşdırmalar zamanı məlum olmuşdur ki, vitamin D çatışmazlığının sayına görə qızlar oğlanlara nisbətən iki dəfə çoxdur və bu da hamiləlik dövründə çox təhlükəlidir, bununla yanaşı bele hallara normal çəkili insanlara nisbətən artıq çəkili insanlarada daha tez-tez rast gəlindiyi bildirilir. Araşdırmanın müəllifi Weill Cornel Tibb Kollecinin professoru Dr. Sandy Saintonge bunun cox ciddi bir problem olduğunu və ictimaiyyəti dərhal bu barədə maaifləndirməyin vacib olduğunu vurğulayıb. O gün ərzində D vitamini Ardı »