Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqSu-həyat mənbəyidir

[color=#fe5e5e]Səhər yeməyi zamanı bəziləri çay, bəziləri isə kofe içir. Nahar yeməyini də şirə və ya kompotla başa vururlar. Təkcə adi təbii suya qida rasionunda yer tapılmır. Ancaq təəssüf. Çünki adi su orqanizmə ən çox lazım olan içkidir. Orqanizmdə gedən əsas proseslər məhz suyun iştirakı ilə baş verir. Onun çatışmazlığı zamanı isə orqanizm sanki «paslanır» və qocalma prosesi sürətlənir.
Su orqanizmdəki bütün mübadilə proseslərində və fiziki-kimyəvi reaksiyalarda iştirak edir, orqanizmdə qidalı maddələr üçün nəqliyyat rolunu oynayır və bədən temperaturunun sabit saxlanmasına kömək edir. Əgər orqanizmdə suyun defisiti varsa, bu zaman:
·böyrəklərin normal fəaliyyəti mümkün deyil və bunun bir hissəsi qaraciyərin üzərinə düşür;
Ardı »

SaglamliqDar geyim insanlarda xərçəngə yol aça bilər

Mütəxəssislər insanlara səhhətlərini qorumaq üçün enli paltarlar geyinməyi məsləhət görürlər.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdiriblər.

Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellın sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə mədə xorası və xərçəngə gətirib çıxara bilər.

Süni yolla qarını yığan korsetlər isə nəfəs alarkən diafraqmanın tam olaraq aşağı düşməsinə mane olur. Bu isə stress və əsəb gərginliyi yaradır. Bundan başqa sinirlərin sıxılması nəticəsində çanaq və beldə ağrılar və keyimə baş verir.

Mütəxəssislərin açıqlamalarına görə, Ardı »

SaglamliqPendir yeyin ki, yaxşi yatasınız

[color=#039b80]Alimlərin apardığı araşdırmalarda 200 nəfər könüllü şəxs iştirak etmişdir. Eksperimentin iştirakçıları həftə ərzində yatmazdan yarım saat öncə 20 qram pendir yeməli idilər.

Nəticədə iştirakçıların 72% daha yaxşı yatdıqlarını, üçdə ikisi əvvəlindən fərqli olaraq yuxuda nə gördüklərini yadda saxladıqlarını qeyd etmişdilər. Tədqiqat iştirakçılarının hamısı qorxulu yuxu görmədiyini söyləmişdir.

Mütəxəssislərin fikrinə əsasən, pendirin tərkibində triptofan adlı amin turşuları var ki, bu da insanın stres vəziyyətindən çıxmasına kömək edir və yuxusunu stabilləşdirir. Lakin gecə saatlarında artıq kaloriy yığmaq istəmirsinizsə, yuxudan qabaq sakitləşdirici cökə çayı içə bilərsiniz.

Həmçinin bal yaxşı yuxu gətirir. 1-2 qaşıq duru bal yesəniz möhkəm yatacağınızdan əmin olun.Xüsusilə bu məsləhətlərdən yuxusuzluqdan əziyyət çəkən yaşlı nəslin Ardı »

SaglamliqQəhvə kişilərdə insulin müqavimətini azaldır

İnsulin müqavimətinin olduğu vəziyyətlərdə hüceyrələr insulinə uyğun reaksiyanı verə bilmir və hiperqlikemiya ortaya çıxır.
Bu işdə kofe istifadəsi təsirlidir. Başqa sözlə qlükozanın bədəndə tənzimlənməsi üçün kofe içkisi kilid rolunu oynayır.
Nestle Tədqiqat Mərkəzi və Nestle Sağlamlıq İnstitutu qidalanma, sağlamlıq, ürək damar problemləri, şəkər xəstəliyi mövzularını əhatə edən və yoluxucu olmayan xəstəliklərin irəliləmə riskini azaldan qida komponentləri üzərində işlər görüb. Elm adamları bildirirlər ki, kofe istifadəsi ürək damar problemlərinə və 2 tip şəkər xəstəliyinə səbəb olan insulin (hepatik) müqavimətini azaldır. Kofein sayəsində qəhvə içkisi, şəkərin azalmasını təmin edən komponentləri qoruyur, metabolik təsirləri azaldır. Bununla hüceyrəyə alınan qlükoza miqdarı tənzimlənir, aclıq hissi azalır.
Araşdırmada kofe Ardı »

SaglamliqYuxusuzluq ağrıları artırır

Yuxu mövzusunda edilən son bir araşdırma, qeyri-kafi yuxunun yorğunluq və halsızlıqla bərabər, uzun davamlı ağrılara da yol aça biləcəyini ortaya çıxarıb.
Belə ağrılar əsasən revmatizm xəstələrində olan ağrılardır.
Amerikanın Revmatizm Dərnəyi bildirib ki, yuxu pozğunluğu yaşlı insanlarda (50 yaşı tamam olan kəslərdə) bədən ağrılarını artıran əsas faktorlardan biridir.
Araşdırmalarda ağrı problemi olmayan 50 yaşın üzərində 4300-dən çox yetkinə aid psixoloji vəziyyət, ağrı və fiziki sağlamlıq məlumatları toplanılıb.
Nəticədə ağrıların artmasında təkcə yaşlanmanın deyil, fiziki və psixoloji sağlamlıq problemlərinin, hafizə zəifliyinin və keyfiyyətsiz yuxunun da təsir etdiyi məlum olub.
Tədqiqat ingiltərəli səhiyyə mütəxəssisi Dr. John tərəfindən icra edilib.
Dr. John sözlərinə görə oynaq iltihabı, bədəndə Ardı »

SaglamliqHəmişə cavan qalmağın sirrləri

Söhbət açacağımız mövzu insanlar üçün daim aktualdır: həmişə cavan qalmaq arzusu... İnsanlar üçün bu əzəli və əbədi arzuya nail olmaq üçün davamlı olaraq müxtəlif tədqiqatlar aparılmaqdadır. Bəşər övladı hələ ki həmişə cavan qalmağa nail olmağın yollarını tapa bilməyib, amma uzun ömür sürmək mümküdür. Uzun ömürlü insanların təcrübəsini diqqətlə öyrənən mütəxəsislər həyatı uzatmağı mümkün sayırlar.

Məşhur uzunömürlülər

Alimlər belə hesab edirlər ki, insana genetik olaraq 150 il yaşamaq təminatı verilsə də, hazırda bəşər övladının ömrü xeyli qısadır. İndi dünyada yetmiş yaşından sonrakı dövr qocalıq sayılır. Halbuki, uzunömürlülüklə bağlı məsələləri araşdıran alimlər-herentoloqlar 80-90 yaşdan sonrakı dövrün əsl qocalıq zamanı olduğunu iddia edir, Ardı »

SaglamliqXanımlar diqqət: kosmetik vasitələrdə zəhərli maddələr tapılıb

Kanadalı alimlərin apardıqları araşdırmalar nəticəsində milyonlarla qadını qorxudacaq nəticələr əldə olunub.

Ekspertlər populyar kosmetik vasitələrdə insan orqanizmi üçün zərərli kimyəvi birləşmələr tapıb.

"Environmental Defence" təşkilatı dünyanın ən populyar kosmetika vasitələri arasından 49 nümunəni seçərək araşdırma testləri aparıblar. Məlum olub ki, həmin kosmetik preparatlarda aralarında qurğuşun və mərgümüş olan 8 zəhərli kimyəvi maddə var.
İstisnasız olaraq bütün vasitələrdə iki ağır metal tapılıb.

Kanadanın Səhiyyə Nazirliyi kosmetika istehsalçılarına öz məhsullarına kadmium və ya qurğuşun təki metalların qatılmasını qəti qadağan edir.

İstehsalçı şirkətlər isə bildirirlər ki, həmin metallar xammalın tərkibindədir. Ardı »

SaglamliqYay aylarında baş ağrısı və baş dönməsinə diqqət!

Hər keçən gün bir az daha istiləşməyə başlayan havalar insan sağlamlığı üzərində müxtəlif problemlər yaradır. Bəzi insanlarda baş ağrıları və baş dönmələri olur.
Bu baxımdan yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar günəş şüalarının ən təsirli olduğu günorta saatlarında çölə çıxmamalıdır. Çünki, yüksək istilik, tərləmə, halsızlıq, baş ağrısı, sinir sistemi pozuqluqları, baş gicəllənməsi, qusma, bulantı, nəbz sürətlənməsi kimi bir çox ciddi xəstələnmələrə səbəb olur. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
İdmanla məşğul olanlar isə hava istiliyinin yüksək olduğu günlərdə həddindən artıq məşq etməməlidir. Açıq havada işləyənlər isə bol-bol maye və mineral sulardan istifadə edə bilər.
5 dəqiqəlik duş isti havaya məruz qalanları həm Ardı »