Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan.
M.F.Axundzadənin «Hacı Qara» komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarliqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. Tacir Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. Xəsisliyinin ucbatından ailəsinə nəinki pul vermir və hətta özü belə xərcləmir. O, tamahkarlığı,acgözlüyü üzündən qaçaqmalçılığa girişir.
Hacı Qaranın həyat yoldaşı Tükəz xanım isə xəsisliyə qarşıdır. Bununla yanaşı o, həyat yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini pisləyir. Əsərdə Heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir.Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinә yağdırdığı söyüşlәr, özü mal satanda qurana and içib parçasını tәriflәrkәn dediyi sözlәr, yaxud Zalxa arvadın ağıllı muhakimәlәri uzun müddәt adamın qulağında sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi biçarәnin heç bir tәqsiri yoxdur, o nә elәsin ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlanlardan zәhlәlәri getmәsin. Axundov şәrq dillәrinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan türklәrinin lәhcәsindә, canlı, oynaq vә cilalanmış bir dildә yazmışdır. Bu canlılıq vә sadәlik sayәsindә onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar böyük bir maraqla oxunurdu. Təsadüfi deyildir ki, bədii cəhətdən yüksək sənət nümunəsi sayılan «Hacı Qara» komediyası Mirzә Fәtәli kimi kamil vә sənətkarin qələmindən ərsəyə gәlә bilәrdi. Bu baxımdan, Mirzә Fәtәlini fransızların Molyeri vә rusların Qoqolu ilə müqayisə edən ədəbiyyatşünaslar onun sərhəd tanımayan zəka diapazonuna istinad edirdilər.
Mirzә Fәtәli Axundovun yaradıcılığı bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatında böyük hadisə olaraq ölkədə yeni ədəbi mühitin formalaşmasına müsbət təsir göstərdi.
Tarix: 28.11.2014 / 12:15 Müəllif: Aziza Baxılıb: 269 Bölmə: Filimler