Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləri → Naleyi Zarim

Gətirib naleyi-zarım özümü zarə təbib
Rəhm elə dərdlilərin dərdinə qıl çarə təbib

Canda dərdin kök atıb, şaxələnib, bar verdi
Yoxdu bir kimsə çıxarsun onu bazarə təbib

Məni heç kimsə eşitmək belə fikrində deyil
Düşmüşəm bax bu səbəbdən yaman azarə təbib

Sən sağaldan yaralardan deyil əsla iş tap
Özünü yorma sağalmaz daha bu yarə təbib

Oturub yalvarıram ki mənə qoy rəhm eləsin
Allahım rəhm eləyər mən kimi dindarə təbib

Eldə bir zərbi-məsəl var bunu hər kəs eşidib
Günümüz qarə olubdur tikəmiz parə təbib

Bəsdi Salman təbibin imkanı olsaydı əyər
Özünə çarə edərdi demə biçarə təbib.

Salman Ardı »

Sevgi şerləri → Düşürəmmi Heç Yadina?

Düşürəmmi heç yadina?

Gecə keçər, pəncərəmə çökər zülmət,
Ürəyimə bu həsrətdən qüssə dolar.
Sənə məktub yazıram mən, səndən ötrü,
Söyləsəm ki, darıxmıram,
yalan olar.
Darıxıram həsrətində yana-yana,
Darıxıram, sətir -sətir, xana-xana.
Gözü qalıb gözlərimdə anamın da.
Nigarandır məndən yana....
Gözlərimdə bir ifadə,
Dilim yalan deyər ona:
“Darıxmıram mən, ay Ana”.
Sənsə uzaqulduzlar tək
Işıq saçıb xəyalımda,
Düşüncəndə məni qına:
“Düşürəmmi heç yadına?”
Sənə həsrət, sənsiz yanan ürəyimsə,
Könülsüzcə sirdaş olar özgəsinə... Ardı »

Maraqli Melumatlar ve gozellik sirleri → Gəlinliyə gorə bijuteriya secimi

Xəyalinizdaki gəlinliyi tapmaq kifayət qədər çətindir, yaxşı ya aksesuarlara nə deməli? Mükəmməl gəlinliyinizə göz oxşayan aksesuarlar axtarırsınızsa hazırladığımız xəbər sizi doğru seçkilərə aparacaq.
Kraliça Zadəganlığı
Gəlin paltarı profili: Qabarıq ətək, lüks parça, daş işləmələr.
Doğru aksesuarlar: Dəbdəbəli gəlinliyinizi taşlı bir tacla bəzəyə bilərsiniz. Taşlı ayaqqabılar da bu gəlin paltarılar üçün doğru seçki. Kiçik daş işləməli bir əlcək kraliçalara yaraşar gəlinliyinizin tamamlayıcısıdir.
Zəriflik
Gəlin paltarı profili: Az volan, qısa boy, parlaq parça, sadə detallar.
Doğru aksesuarlar: şifon gəlinliyinizi yenə s şifon aksesuarlarla tamamlaya bilərsiniz. Ayrıca saçınızı tül çiçəkli bir tacla bəzəyə bilərsiniz. Əlcəklər yenə bu tərz satan və şifon gəlin paltarılar üçün uyğun Ardı »

Maraqlı melumatlar → İman günahlarla birgə ola bilərmi?

Soruşula bilər ki: “ Həşrə, Cənnət və Cəhənnəmə şübhə etməyən qəti iman işlərdə xətaya necə yol verə bilər? Insan təbiəti izn verə bilərmi ki, qul onu ya cəzalandıracaq ya da mükaflandıracaq Hökmdar qarşısında sabah dayanacağını bilərək arsızcasına yatsın? O Hökmdarın qarşısında necə duracağı və cavaba hazırlaşmaması barədə düşünmürmü?

Allaha and olsun ki, bu insanların çoxunda yaranan düzgün sualdır. İmanla xətanın bir yerdə olması -ən təəcüblü hadisədir. Belə insan xətaları bəzi səbəblərə görə edir.
Onlardan biri – elmin kamil və əminliyin kifayət qədər olmamasıdır və kimsə zənn edirsə ki, elm həcmə görə fərqlənmir, o böyük səhv edir.
Allahın sevimlisi İbrahim Rəbbindən ölüləri necə diriltdiyini göstərməyi Ardı »

Maraqlı melumatlar → ZƏKAT-Zəkat kimə vacibdir?

Zəkat kimə vacibdir?
Zəkata düşən mal-dövlət növləri
Birinci; Qızıl və gümüşün zəkatı
İkinci; bitki və meyvələrin zəkatı
Üçüncü; Heyvanların zəkatı
Hansı malı zəkat götürmək olmaz?
Bir neçə adamın qarışmış heyvanlarının hökmü:
Dördüncü; Tapıntı malın zəkatı

Zəkat kimə vacibdir?

Zəkat, nisaba[1] (müəyyən miqdar mal-dövlətə) sahib olan, hər bir azad müsəlmana vacibdir. Lakin müsəlmanın sahib olduğu malın üzərindən bir il keçməlidir ki, zəkat versin. Amma bitkilər istisnadır. Demək bitkilərin zəkatı belədir: əgər toplanan məhsul zəkatın tələb etdiyi miqdara yetişirsə elə yığılan günü zəkatı çıxarılır. Uca Allah buyurur: «...yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin…»[2]

Zəkata düşən mal-dövlət növləri
Zəkat bu növləri əhatə edir: qızıl, gümüş, bitkilər, meyvələr, heyvanlar və tapıntılar.

Birinci; Qızıl və gümüşün zəkatı

Nisabı və Ardı »

Ümumi Letifeler → 11-ci

11-ci

Bir gün bir restorana kişi gəlir. Qarsona deyir, bəs sizin soyuq çayınız var? Qarson deyir yox. Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var? Qarson yekə-yekə deyir hə. Kişi deyir onda qoy isinsin, gətir içək. Ardı »

Dünya mətbəxi → Dondurmalı sufle

Vəsaitlər:
-100 qr tünd şokolad
-100 qr kərə yağı
-3 Yumurta sarısı
-1 çay stəkanı şəkər
-1 yemək qaşığı un

Üzəri üçün:
pudra şəkəri və dondurma

Hazırlanması:
Yumurta və şəkər tozu mikser köməyi ilə təxminən 5 dəqiqə çırpın. İçinə unu əlavə edərək təkrar qarışdırıb çırpmağa davam edin. Şokolad və kərə yağını əridib,yumurtalı qarışığa əlavə edin. Yağlanmış kiçik sufle üçün qablara vəsaiti paylaştırın. Əvvəldən isidilmiş 200 dərəcə sobada 7-8 dəqiqə bişirib,çıxarın. Üzərinə pudra şəkəri və dondurma ilə bəzəyin.

Nuş olsun... Ardı »

Maraqlı Melumatlar → 17 yaş cavanlaşdıran meyvə

Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelementlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Alimlər müəyyən edib ki, alma infarkt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən könüllülərin ürək-damar sistemi və orqanizmi ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib. Ardı »