Bakı tətili (1903) → Tətilin başlaması
İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı…” kitabında yazırdı: “Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, Xəzərdə və Volqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”. Yəni, Bakı imperiyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi və burada hər hansı etiraz dalğası bütün Rusiya itisadiyyatında və siyasətində əks-səda Ardı »