Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yastıq (texnika)

Yastıq - ox,val tipli fırlanan, xətti hərkət edən maşın hissələrininin fəzada vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilən texniki qurğudur. Onun vəzifəsinə həm də fırlanan hissələrdə sürtünməni azaltmaq və birləşdirici yerlərdə yüklərin qəbul edilməsi və ötürülməsi daxildir.

Yastıqların əsas növləri:
Yırğalanma yastıqları
Sürtünmə yastıqları
Hidrostatik yastıqlar
Qazlı dinamik yastıqlar
Maqnit yastıqları

Maşınqayırmada ən geniş tətbiq olanı yırğalanma və sürtünmə yastıqlarıdır.

Yırğalanma yastıqları

Yırğalanma yastığı iki üçükdən və kürələri bir-brindən müəyyən məsafədə saxlayan və onların hərkətini istiqamətləndirən seperatordan (meəyyən yastıqlar bunsuzda hazırlana bilirlər)ibarədtr. Üzüklərin kürələr hərəkət edən hissələrinə kanovlar nəzərdə tutulur. Bəzi maşın hissələrində dəqiliyi və sərtlyi artırmaq üçün qarışıq dayaqlardan istifadə edilir. Burada kanavkalar bir başa valda və ya gövdənin üzərində açılır. Yırğalanma yastıqları əsasən xrom tərkibli poladlardan (tərkinbində 1% Karbon, və 1,5% Xrom) hazırlanırlar.

Seperatirsız yastıqlarda çoxlu sayda yırğalanma gövdəsi yerləşdirmək olur. Ancaq onların dövrlər sayı yüksək sürtünmə nəticəsində aşağı olur.

Yığalanma yastıqları ümumiyyətlə sürtünməni azaltmaq üçün tətbiq olunur. Qapalı yırğalanma yastıqları praktiki olaraq texniki xidmət tələb etmirlər. Açıq olanlar isə başqa hissəciklərin işçi hissəyə düşməsi nəticəsində tez sıradan çıxırlar.

Yırğalanma yastıqları yüklənmə qüvvəsinin istiqamətinə görə bölünürlər: radial, (yastığın oxuna perpendikulyar istiqamətdə), oxboyu (yastığın oxu istiqamətində.

Sürtünmə yastıqları

Sürtünmə yastığı

Sürtünmə yastıqlarının iş mexanizmi iki səthin bir-biri üzərində sürtünməsinə əsaslanır. Bu yastıqlar silinrik deşiyə malik gövdədən və oymaqdan ibarətdir. Valda oymağı oturdan zaman onların arasına sürtünmə yağları doldurulur. Bu həm də yatığın gövdəsi ilə oymaq arasındakı boşluğa doldurulur. Sürtünmə yağları yastıqda oturdulmuş valı sərbəst hərkət etdirməyə imkan verir. Val ilə yatsıq arasındakı boşluq hidridinamiki hesablamara əsasən tapılır. Hesabat zamanı yağ qatının qalınlığı, düşən təzyiq temperatura və yağın israfı tapılır. Bu yastıqlarda yağlayıcı maddə yastığın işləmə qabiliyyətinə təsir edən əsas amil sayılır. Yıqğalanma yastıqlarının işçi hissələri əsasən bürünc, ağmetal, qurğuşunlu metallar, aliminium legirləri, süni materiallar və xüsusi hallarda keramikadan da hazırlanırlar.

Təsir edən qüvvənin istiqamətinə görə oxboyu və radila olaraq iki qrupa bölünürlər.


Tarix: 22.03.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...