Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağac (material)

Ağac, ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir. Nüvə tədricən ölməkədə olan hüceyrələrdən, özək isə kövrək və çox yaşlı hüceyrələrin toplaşdığı yerdir. Ağacın özəyindən səthə doğru özək şüaları yönəlir, daxildə isə qabığa nisbətən daha yüksək konsentrasiyaya malik həlqələr yerləşir. Ağac inkişaf etdikcə hər il yeni həlqə əmələ gəlir. Ağacın tərkibi başlıca efir yağları, qətranlar və başqa maddələrdən ibarətdir. Onun tərkibində sellülozun və liqninin miqdarı 60%-i təşkil edir. Sellüloz lifləri ağaca mexaniki möhkəmlik, linqin isə elastiklik verir.

Kəsilmiş ağac

Ağac anizotrop struktura malikdir, yəni onun xassələri anatomik istiqamətlərdən çox asılıdır. Müxtəlif ağaclardan hazırlanmış nümunələrin en kəsiklərində bunu aydın görmək olur. Buradan göründüyü kimi tikanlı ağac (məsələn küknar) nisbətən oxşar hüceyrələrdən ibarətdir və mantar bu ağaclarda möhkəmlik, həm də güc funksiyaları üçün cavabdehdir. Yarpaqlı ağacların strukturu dəyişən hüceyrələrdən təşkil olunur. Burada ağacın möhkəmliyinin yaranmasında damarların gücə, ağac liflərinin isə möhkəmliyə cavabdeh olması aydınca görünür. Ağac əl sənəti və sənaye üçün vacib materiallardan sayılır. Ağac materialları müxtəlif en kəsiyə malik uzunsov (çubuqşəkilli) və ya lövhə şəkilində emal olunaraq müxtəlif məqsədlər üçün tətbiq olunur.


Tarix: 21.03.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...