Nanəli isti şokolad resepti
Tərkibi:
2 x.q kakao
7 ədəd təzə nanə yarpağı
2,5 su stəkanı yağsız süd
2 ç.q toz dadlandırıcı
¼ ç.q vanil aroması
Hazırlanması:
Kakaonu ələdikdən sonra kiçik bir sousu qazanın içinə əlavə edin və üzərinə südü yavaş-yavaş əlavə edib qarışdırın. Orta odda 5 dəqiqə qədər qarışdıraraq istilətdikdən sonra üzərinə toz dadlandırıcını əlavə edin.
Ocaqdan götürün və vanil aramosıyla nanə yarpaqlarını əlavə edib ocaqda 2-3 dəqiqə daha bişirin. İçindən nanə yarpaqlarını çıxardaraq fincanlara paylaşdırın.
İçkinizin üzərini krem, rəndələnilmiş şokolad, nanə əlavə edə bilərsiniz.
Nuş olsun!
Tarix: 24.11.2014 / 10:57 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: İçkiler
loading...