Payız meyvələrin bol olduğu fəsildir. Fürsətdən istifadə edib orqanizmin vitamin ehtiyatının doldurmaq lazımdır. Qadınlar.biz Tabloid.az-a istinadən sağlamlaşdırıcı şirələrin reseptini təqdim edir:
Kök + alma + zəncəfil şirəsi immun sistemini möhkəmləndirir.
Alma + xiyar + kərəviz şirəsi xərçəng xəstəliyinin inkişafının qarşısını alır, qanda xolesterinin səviyyəsini azaldır, mədə pozğunluğunu və baş ağrılarını azaldır.
Pomidor + kök + alma şirəsi dərinin rəngini yaxşılaşdırır və ağız iyini aradan qaldırır.
Acı bibər + alma + süd şirəsi ağızdan gələn qoxunu azaldır və temperaturu aşağı salır.
Portağal + xiyar + zəncəfil şirəsi dərini nəmləndirir, rəngini yaxşılaşdırır və temperaturu aşağı salır.
Ananas + alma + qarpız şirəsi orqanizmdəki artıq duzları çıxarır, sidik kisəsini və böyrəyi bəsləyir.
Alma + xiyar + kivi şirəsi dərinin nəmləndirir və rəngini yaxşılaşdırır.
Armud və banan şirəsi qanda şəkərin səviyyəsini tənzimləyir.
Kök + alma+ armud + manqo bədənin daxili istiliyi artırır. Onun toksinlərlə mübarizəsini gücləndirir, qan təzyiqini azaldır və orqanizmdəki turşulaşma prosesi ilə mübarizə aparır.
Üzüm + qarpız + süd şirəsi orqanizmin hüceyrə fəallığını və immunitetini artırır.
Papaya + ananas + süd şirəsi dərinin rəngini və maddələr mübadiləsini yaxşılaşdırır.
Banan + ananas + süd şirəsi vitaminlərlə, bəsləyici maddələrlə zəngindir, qəbizliyin qarşısını alır.
Tarix: 24.11.2014 / 10:47 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: İçkiler