Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Reyhan içkisi

1-1,5 l su

2 orta dəstə qırmızı yarpaqlı reyhan

Şəkər

Limon turşusu

Reyhanı yuyub qazanım dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın. Sonra qaynar su (1 stəkan) üstünə töküb, saxlayın.

Suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.

Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.

Nuş olsun!


Tarix: 04.12.2012 / 02:04 Müəllif: [Ram] Baxılıb: 315 Bölmə: İçkiler
loading...