İçkiler → Donmuş limonad resepti
Tərkibi:
4 limon
1 st. şəkər tozu
1 x.q. bal
4 st. su
Bəzək:
Limon dilimləri və nanə yarpaqları
Hazırlanması:
İki limonun qabığını sürtgəcdən keçirin.
Bütün limonları sıxıb şirəsinə limon qabığı və şəkər tozu əlavə edin, qarışdırın. Bir gecə dondurucuda saxlayın.
Sabahı gün çıxarıb donunu açın, süzün, bal və su əlavə edib qarışdırın. Yenidən dondurucuya qoyun.
Tam donandan sonra çıxarıb çəngəllə qazıyaraq qarışdırın. Yenə dondurucuda saxlayın.
Süfrəyə verərkən dondurma qaşığı ilə götürüb kremankalara qoyun, limon dilimi və nanə ilə bəzəyin.
Nuş olsun! Ardı »