[u]1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
20-30qram sıxılmış limon suyu
300qram şəkər tozu[/u]
Hazırlama qaydası:
1 litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə edin və qaynadın. Qaynamağa başlayanda götürməyin 2-3 dəqiqə də gözləyin. Daha sonra onu soyumağa qoyun. O soyuyana qədərsə biz digər işlə məşğul olaq. 2 ədəd xiyarı içini çıxaraq. Qabığ tərəfini yarım minlimetr (noxud ölçüsündə) xırda xırda doğrayın. Ayrı bir qaba tökün və limon suyunu üzərinə əlavə edin.
Qaynadılmış suyun üzərinə limon və xiyar qatışığını əlavə edin. Onu şüşə yaxud plastik bir qaba tökərək soyuducuya qoyun. 2-3 saat soyuduca yaxşıca sərinləşəndən sonra 5-6 nəfərlik dadlı qeyri adi, vitaminli və əsl yay içkiniz hazırdır.
NUŞ OLSUN!!!
Tarix: 10.12.2012 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: İçkiler