Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pina kolada kokteyli resepti

Tərkibi:
50 ml ağ rom
100 ml ananas şirəsi
50 ml kokos şirəsi
3-4 kubik buz
20 ml qaymaq
Bəzəmək üçün: ananas dilimləri, albalı dənəsi.

Hazırlanması:Əslində ispancadan bu kokteylin adı "Pinya kolada" kimi tələffüz edilir, lakin həm rus, həm türk, həmdə bizim dildə bu kokteylin tələffüzü pinakolada kimi dilimizə bağlanıb.

Tarixi boyu pina kolada təkcə ananas şirəsi kimi tanınmışdır. Sonralar tərkibinə spirtli içki olan rom əlavə edilmişdir. Və XX-ci əsrin ortalarında Puerto Riko barlarının birində, hazırda bildiyimiz "Pina Colada" kokteylin resepti tanınmış və tezliklə böyük populyarlıq qazanmışdır.

Hazırlanması çox sadədir.

Yuxarıda sadalanan inqredientləri və buz parçalarını blender və ya şeykerlə yaxşıca qarışdırıb, bokala tökmək. Sonra bokalı ananas dilimi və albalı ilə bəzəyə bilərsiniz. Kokteylin dadı dahada ləzzətli olması üçün, bokalın əvəzinə içərisi təmizlənmiş ananasdan da istifadə edə bilərsiniz.

- Ananas şirəsi, kokos şirəsi və rom.

Spirtli içki qəbul etməyənlər reseptdən romu çixara bilərlər. Bu halda kokteylin dadı heçdə dəyişmir.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:46 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: İçkiler
loading...