Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayran

2/3 litr yoqurt (qatıq)

2 litr soyuq su (qazlaşdırılmış olar)

Duz

Şüyüd


Qatığı az-az bir qaba töküb 2 litr su ilə (yaxşı olar qazlaşdırılmış) qarışdırın. Əgər qazlaşdırılmış sudan istifadə edirsinizsə, onda içkini süfrəyə verilməmiş hazırlayın. Stəkana təhminən 3 ç.q. duz töküb az miqdarda (1/8-1/6 stəkanın) qaynar suda əridin. Duzlu suyu az-az yoqurtlu qarışıqa əlavə edin. İçkinin şorluğunu yoxlayın. Nə şor və ya nə şit olmalıdır. Qarışığı bir səhəngə tökün. Şüyüdü yuyub xırdalayın və qarışıqa əlavə edin. Qarışdırıb verin süfrəyə. Əgər ayranı əvvəldən hazırlamısız, onda soyuq bir yerdə saxlayın. Süfrəyə verilməmiş mükəmməl qarışdırın, çünki adətən yoqurt sudan ayrılır. Bu içki nəinki yayda, elə qışdada çox yaxşıdır, xüsusiylı plovdan sonra.

Nuş olsun!


Tarix: 11.12.2012 / 11:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 466 Bölmə: İçkiler
loading...