Pəhriz üçün pomidor suyu
Tərkibi:
- 4 ədəd orta boy pomidor
- 1 ədəd limon
- 1 su stəkanı soda
- Bir az acı bibər
- 2-3 ədəd nanə
Hazırlanması:
İlk olaraq pomidorların qabıqlarını soyub, blendırdan keçirərək püre halına gətirin. Bir süzgəcdən keçirin və pomidorun çəyirdəklərini götürün. Limonun suyunu sıxın və sodayla birlikdə püre halındakı pomidora əlavə edib, qarışdırın. İçinə çox incə doğranmış acı bibər və incə doğranmış nanəni də əlavə edib gözlətmədən için.
Nuş olsun!
Tarix: 24.11.2014 / 10:56 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: İçkiler
loading...