Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su içmənizi asanlaşdıracaq ləzzətli içki reseptləri

Su içmənin nə qədər əhəmiyyətli olduğunu artıq hamımız bilirik. Amma kimisi üçün gündə 2-3 litr su içmək həqiqətən də çətin ola bilər. Su ehtiyacınızı daha ləzzətli, amma zərərsiz alternativlərlə aradan qaldırmaq üçün aşağıdakı reseptlərimizə bir nəzər salın.

Çiyələk və kivili su
Bir qaba 6 ədəd çiyələk və 4 dilim kivi qoyun, onları yaxşıca əzin. Daha sonra qabın davamına su əlavə edin sürətlicə yelləyin və sonra bir neçə saatlığına soyuducuna qoyun. Meyvə qalıqları sizi narahat edirsə suyunuzu süzün. Yüngül və sağlam içkiniz hazırdır.

Fərqli bir dadda su
Cola dadındakı bu suyu çox sevəcəsiniz. Bir neçə dilim ananası qabın dibinə qoyun və əzin. Bir neçə xörək qaşığı hind qozu südünü əlavə edin və qabı su ilə doldurun. Daha sonra qabı çalxalayın və bir neçə saat soyuducunda gözlədin. Son olaraq suyu süzün və için. İstəsəniz meyvələri içində də saxlaya bilərsiniz.

Xiyar və qovunlu su
Qovununuzu parçalara ayırın və qabın yarısına qədər qovun doldurun. Qovunları yüngülcə əzin və üzərinə yarım doğranmış xiyar əlavə edin. İstəsəniz daha ləzzətli olması üçün daha çox qovun da əlavə edə bilərsiniz. Xiyarı əzmənizə ehtiyac yoxdur çünki bütün halda da dadını suya qatacaq.

Nuş olsun!


Tarix: 24.11.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: İçkiler
loading...