Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keçmiş hadisələrin psixoloji əzabları
Keçmiş hadisələrin psixoloji əzabları

Gündəlik həyatımızda bizi narahat edən və əzablar verən müəyyən problemlər var. Təbii olaraq biz onlarla yaşayır və onlara qarşı mübarizə aparırıq. Bu narahat əzablı problemlərdən biri də keçmiş hadisələr, xatirələr, keçmiş səhvlərlə bağlı yaranan vicdan əzabı və müxtəlif formalarda baş vermiş məhəbbət hadisələridir. Təsadüfi və qeyri-təsadüfi hallarda yaddaşa qayıdan bu cür hisslər ürəklərdə, mənəviyyatda dərin izlər buraxır, hətta, gündəlik yaşayış əzablarından da geri qalmırlar. Bəzən baş qaldıran bu keçmiş xatirələr, insanın psixoloji həyatının pozulmasına səbəb olur. İnsanlar çıxış yolları axtararaq, hətta, psixoloqlara belə müraciət edirlər.

Niyə belə olur? Adətən, bunu psixikada, hafizədə anlaşılmaz formada gizlənən güclü informasiyalarla əlaqələndirirlər. Yəni, keçmiş hadisələr informasiya formasında insan psixikasında, hafizəsində qorunur, əlverişli şərait yaranan kimi həmin hisslər baş qaldırır, "hücuma keçir” və insanı yenidən düşünməyə məcbur edirlər.

Müəyyən hadisələrin baş verməsi də yaddaşın təzələnməsinə şərait yaradır. Baş vermiş hər hansı bir hadisə vaxt keçdikcə, daha güclü və daha emosional təsirə, təəssürratlara səbəb ola bilər. Psixoloji sarsıntılar, keçmiş əzablı günlər xüsusilə də, psixiki xəstəliklər zamanı daha neqativ formalarda xatırlanır. Məlum şəxs özünü tez-tez günahlandırır, psixoloji sarsıntılar keçirir və bu hisslərdən qurtula bilmir.

Burada yaş mərhələsi də mühüm rol oynayır, yəni elə yaş dövrü var ki, o zaman keçmiş hadisələr və əzablar daha tez xatırlanır. Bu amil müxtəlif insanlarda müxtəlif formada baş verir.

Keçmiş hisslərin təsirinə düşmə səviyyələrinə görə, insanlar bir-birilərindən fərqlənirlər. Bu, onların həyat tərzləri və psixologiyaları ilə birbaşa əlaqədardır.


Tarix: 27.04.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 247 Bölmə: Ümumi Psixologiya
loading...