Tennis xanımlara çətin bir idman növü kimi görünə bilər. Tennis çətin görünsə də, nizamlı olaraq məşq edib qərarlı davrandığınızda tennis oynamaq sizə daha sağlam, daha güclü bir bədən qazandıracaq.
Qadınlar.Biz`in məlumatına görə, tennislə yenidən canlandığınızı hiss edəcək, oynadıqca çox keyifli bir idman olduğunu görəcəksiniz.
Tennis oynayarkən diqqət edilməli məqamlar:
• Tennis oynamağa başlamadan əvvəl əzələlərinizin və oynaqlarınızın yaxşıca qızındığından əmin olun.
• Oyundan əvvəl, oyun əsnasında və sonrasında kafi miqdarda su için.
• Xüsusilə isti və ya nəmli havalarda, ya da bir saatdan çox tennis oynadığınızda qətiyyən su içməyə laqeyd yanaşmayın.
• Yaralandığınızdaya da sinənizdə bir ağrı hiss etdiyinizdə dərhal oyuna son verin və həkiminizlə əlaqə yaradın.
• Özünüzü məcbur etməyin, akrobasi hərəkətləri etməyə cəhd etməyin, nə qədər gücünüz yetirsə, o şəkildə oynayın.
• Özünüzü təhlükəli mövqelərə soxmamağa diqqət yetirin.
Tennis oynamağın fiziki faydaları:
• Bədəndəki yağların yandırılmasına köməkçi olar, enerji səviyyənizi artırar.
• Bədənə alınan oksigenin əzələlər tərəfindən məhsuldar olaraq istifadə edilməsini təmin edər.
• Çeviklik qazandırar.
• Topun izlənilməsini tələb etdiyi üçün sürət qazandırar.
• Qıç əzələlərini gücləndirər.
• Bədən koordinasiyasını inkişaf etdirər.
• Dinamik bir tarazlıq qazandırar.
• Sümükləri gücləndirər.
• Oyun əvvəli yediklərinizə diqqət yetirməniz lazım olacağından düzgün qidalanmavərdişi qazandırar.
• Oyun əsnasında etdiyiniz manevrlərlə bədəninizə elastiklik verər.
Tennis oynamanın psixoloji faydaları:
• Nizamlı praktik etmə vərdişi qazandırar.
• İş intizamı anlayışını inkişaf etdirər.
• Məsuliyyət anlayışınızı artırar.
• Qorxmamağı, davamlı mübarizə etməyi öyrədər.
• Fiziki çətinliklərə adaptasiya olmanızı təmin edər (külək, günəş kimi).
• Tennis oyununun gətirdiyi fiziki, zehni və romantik stres sizə digər mühitlərdə streslə necə başa çıxacağınızı öyrədər.
• Planlı olmanızı, rəqibinizi məğlub etmək üçün yeni strategiyalar düşünməyinizi təmin edər.
• Əsl idmançı ruhu qazandırar.
• Komanda oyununun əhəmiyyətini göstərər.
• Əzələlərinizi və zehininizi işlədərkən eyni zamanda əylənmənizi, gözəl vaxt keçirməyinizi təmin edər.
Tarix: 27.04.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 309 Bölmə: Ümumi Psixologiya