Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçına bax, özünü tanı
Saçına bax, özünü tanı

QADINLARDA.
QISA,BURUQ, SAÇ:
Saçları düz olduğu halda buraraq qısa və yumru kəsən insanlar, özlərini çətinliyə salmaq istəməyən olduqlarından əmin ola bilərsiniz. Belə qadınlar canlı və hərəkətlidirlər. Nə gəldi, bəhs etməsini sevirlər. Bu onların ağılsız olduğunu göstərməz. Əksinə, ağıllıdırlar və zərurət etdiyi zaman ağıllarını istifadə etməsini bilərlər. Sadəcə özlərini çətinliyə salmaq istəməzlər.

QISA SAÇ:
Saçlarını bir kişi kimi qısa kəsərək dümdüz buraxan qadınların təbiətində də bir az kişilik vardır. Belə qadınların paltarlarının da kişi geyiminə bənzədiyini görə bilərik. Daha çox kişilərin gördüyü işlərə bənzər işlər görürlər, kişilərin etdiyi hər işi edə bildiklərini isbat etməyə cəhd edər və dayanmadan "kaş ki kişi olsaydım!" deyirlər.

UZUN SAÇ (Düz, buruq)
Uzun saç istənilən qıza yaraşır,əsasən gənc qızlar saçlarını uzadırlar, yaşa dolduqca yaşla birlikdə saç da yaşlanır və beləliklə çox az yaşlı qadının saçı uzun qalir. Uzun saç əsasən ideal gənc qız simvoludur. Uzun saçlı xanımlar kişilər tərəfindən daha çox bəyənilir, sevilir nəinki, qısa saçlı qızlar. Kişi üçün qadında üz gözəlliyi ileə yanaşı xanımın uzun saçlarıdır. Uzun duz saçlı xanımlar saçlarını ikiyə ayırdıqları zaman boyları qısa görünür, bütöv olduğu halda isə uzun görünür, saçlar dalğalı və ya buruq olduğu halda isə qadını bir az daha kök göstərir.

KİŞİLƏRDƏ.
QISA SAÇ:
Saçlarını yaxşıca qısa kəsən bir kişi nəfsindən əmin və qüdrətlidir. Sənətdən ancaq səthi bir zövq alar. Yüngül əsərləri dinləyib reqs etməyi çox sevir. Bəzən yoldaşına qarşı inadkar olur. İnsanları sevməz və insanların yaxşı ola biləcəyinə çox inanmaz.

UZUN SAÇ:
Saçlarını uzadan kişilərin sənət həvəskarı olduqlarından əsla şübhə etməmək lazımdır. Bu kimi kəslər hər hansı bir sənət sahəsində özlərini mütləq sınayırlar. Nəzakətli və həssas olurlar. Sevdikləri işi ciddi qəbul edər və çox zaman sədaqət göstərər.

YANDAN AYRILAN SAÇ:
Saçını yandan ayıran kişi təmkinli, öz halında, qüdrətli və durğun bir adamdır. Macərasız, sakit bir həyat sürür. Həyatı öz çəkdiyi dar çərçivə və mühitdən ibarət görər. Yaxşı xasiyyətli və mehriban olduğu üçün dözümlüdür və bütün tanışları tərəfindən çox sevilər.

ORTADAN AYRILAN SAÇ:
Bir təbiətin işarəçisidir. Saçını ortadan ayıran insan sırf yenilik olsun deyə görülməyən şeylər edir. Bu səbəbdən başı çox vaxt bəladadır. Amma o buna vecinə almaz. Bəzən ağır danışır. Hazırcavabdır.

AYRILMAMIŞ SAÇLAR:
Saçlarını heç ayırmadan arxaya doğru darayan kişi çox məşğul və fəal olduğu halda görünüşə çox diqqət etməyən bir kişidir. Qüvvətli bir şəxsiyyətə malikdir. Başqalarının təsiri altında qalmaz. Praktik işlərdən xoşlanmaz. Kitab oxumaq və sənətlə məşğul olmaq onun yaradılışına daha uyğundur. Öz düşüncələriylə o qədər dolğundurlar ki, başqalarıyla məşğul olacaq vaxtı yoxdur, onun üçün çox az dostu olur.


Tarix: 27.04.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: Ümumi Psixologiya
loading...