Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətrafınıza diqqətlə baxın!
Ətrafınıza diqqətlə baxın!

Psixopatlığın əlamətləri
Dəli insanlar dəli olduqlarını heç vaxt qəbul etməzlər, bunu siz də bilirsiniz. Bəlkə ətrafınızdakı adamlardan hansısa psixopatdır və bundan xəbəriniz yoxdur, hə?

Ruhi pozğunluq dedikdə ilk ağıla gələn dəli, təcavüzkar davranışlar, sağa-sola sataşan tiplər olur. Psixoloji pozğunluq yaşayan insanlarda bu hal aydın görünsə də, çox hallarda o qədər də dəqiqi bilinməz.

Əgər bir insan dəli olduğunu bilmirsə, ətrafındakı insanlar, ya həkimlər bunu necə başa düşə bilər? Bir insanın psixopat olub-olmadığını anlamaq üçün həkim Rober Haren 20 kateqoriyanı "Psixopata nəzarət" siyahısına daxil edib. Əgər bu siyahıda olan halların çoxu sizdə rastlanırsa, bu o deməkdir ki, siz də psixopatsınız? Əlbəttə ki, yox. Çünki hər insan müəyyən zamanlarda özündən çıxa və bu cür hərəkətlər edə bilər. Əsl diqanoz insan zehninin qarmaqarışıqlığı və dəyişkənliyi göz önünə alınaraq mütəxəsisslər tərəfindən qoyulmalıdır.

Psixopat insanlar əksər hallarda gözəl danışan, sosial yerlərdə simpatik davranan tiplərdir. Bu cür psixopatlar hər zaman nə dediklərini bilərlər və növbə onlarda olmasa da, sözlərini deyərlər. İki nəfərlik münasibətlərini ölçüdə tutmağa çalışar və çox yaxın münasibətlər qurmazlar.

Möhtəşəmlik. Əgər hər zaman qürurlu, alçaldan davranışlar göstərirsinizsə, onda möhtəşəmsiniz kimi davranmağa çalışırsınız demək. Belə insanlar dünyanı özlərinə aid görər və hamıya yuxarıdan baxarlar. Hər şeyi edə biləcəklərini düşünərlər və heç nə onların standartlarına uyğun deyildir sanki.
Bu insanlar sakit dura bilməz, ya da geniş bir zaman kəsimində eyni şeyi edə bilməzlər. Riskli şeylər etməkdən xoşları gələr və məhz həyəcan qazanmaq üçün təhlükəli işlərin ardınca gedərlər. Sıxıcı insanlardan və işlərdən uzaq durarlar. Uzun müddət eyni sıxıcı işi görə bilməzlər.

Psixopatlar çox tez-tez yalan danışar. Kiçik şeylərdən hekayələr uydura bilirlər və gizli- gizli xəyanət etməyi də bacarırlar.

Hisslərinə və xoşbəxtliklərinə fikir vermədən hiylələr işlədər, yalanlar deyər və yollarına davam etmək üçün aldadarlar.

Psixopat insan yanlış nəsə etdiyində çox az hallarda günahkarlıq hissi, ya da vicdan əzabı çəkər. Qatı cinayətkarların çoxu elə psixopat olduğu üçün o cür qətillər törədib.

Onlar daş ürəkli olub insanlara acı sözlər deyərək, onları incidər və heç bir səbəb olmadan onlardan nifrət edərlər.

Psixopatlar davranışlarına nəzarət etməkdə çətinlik çəkərlər. Hər gün qarşılaşdığı hallara qarşı narahat olur və təhdid edilirmiş kimi hiss edər, əsəbi davranarlar.

Çox nadir hallarda gələcəkləri ilə bağlı plan qurarlar. Hərəkətlərinin nəticələrini ağıllarından belə keçirməzlər. Əvvəl edər, sonra düşünərlər.

Psixopat insanlar hər zaman məsuliyyətsiz olar və onlara tapşırılanları etməzlər.

Belə adamlar heç vaxt psixi pozğunluqları olduğunu qəbul etməzlər və öz səhvlərinə görə başqalarını günahlandırarlar. Hətta bəzən elə danışar, elə davranarlar ki, sağlam olduqlarına hamını inandırarlar.

Bu cür halda olan insanlar hər cəhətdən başqa insanlardan asılı yaşayar və bütün problemlərini, məsuliyyətlərini həmin insanların öhdəsinə buraxar.

Hər zaman tək gecəlik münasibətlər yaşayan psixopatlar məhz buna görə yüzlərlə insanla münasibət qurmağa meyllidirlər. Fiziki görünüş və hisslərini nəzərə almadan hər kəslə münasibət qurmağa hazırdılar. Eyni anda birdən çox cinsi yaxınlıq yaşaya bilər və bunu hamıya deməkdən çəkinməzlər.

Erkən yaşda görünən davranış pozğunluqları gələcəkdə psixopat probleminə yol aça bilər. 13 yaşından əvvəl yalan danışmaq, oğurlamaq, ya narkotik maddə istifadəsi kimi davranış pozğunluqları bunlara daxildir.

Psixopat insanların heç bir hədəfi olmaz. Hədəfi olsa da belə, mümkünsüz bir şeydir.

Bir psixopat üçün səhvlərini boynuna almaq çətindir. Nə etdiklərini bilməzlər və başqalarına etdiklərinin məsuliyyətini dərk etməzlər.

Bu insanlar çox hallarda qısa müddətli evliliklər yaşayırlar. Əgər evlilikləri onların standartlarına uyğun deyilsə, uşaqlarının, xanımının xoşbəxtliyinə baxmayaraq, yenə də boşanarlar.

Onlar çox hallarda uşaq və gənc yaşlarında da səhv hərəkətlər edərlər. Vandalizm, oğurluq kimi əməllərlə məşğul olarlar.

Həbs edilmiş psixopatlar, həbsdən şərtlə azad edilsə də, qarşısına qoyulan şərtlərə əməl etməyəcək və yenə həbsə geri qayıdacaq.

Həqiqi psixopatlar fərqli cildlərə girərək, fərqli cinayətlər törədə bilərlər və hər birində də bacarıqlı olarlar. Həbs edilmədikləri halda, bu etdiklərini tanışlarına fəxrlə danışarlar.


Tarix: 27.04.2015 / 12:30 Müəllif: Aziza Baxılıb: 253 Bölmə: Ümumi Psixologiya
loading...