Hər insan həyatında ən az bir dəfə rədd edilmə vəziyyətiylə qarşı-qarşıya qalır. İstədiklərini əldə edənlərlə, edə bilməyənlərin arasındakı fərq, istəklərinə çatanların özlərinə və etdikləri işlərə inanmaları və sınamaqdan əsla və əsla imtina etməmələridir. Tarixdəki məşhur adların əldə etdiyi uğurların arxasında bir çox rədd cavabı almalarına qarşı səylərini eyni əzmlə davam etdirmələri durur. Onsuz da rədd cavabına məğlub olanları tarix də ağılından çıxarmışdır.
İlk çağın məşhur natiqlərindən Demostenes ilk dəfə xalq qarşısında danışmağa başladığında, xalq ona qəhqəhələrlə gülmüş və kürsüdən uzaqlaşdırmışdı. Kəkələməsinə baxmayaraq içində böyük bir natiq olma arzusu daşıyırdı. Çox çalışdı, ağzına dəniz sahilində tapdığı çaylaq daşlarını qoyaraq danışma məşqləri edərək özünü inkişaf etdirdi. Və sonunda dünyanın ən böyük natiqlərindən biri olmağı bacardı.
Richard Bax, inkişaf həvəskarlarının sevərək oxuduğu Martı Jonathan adlı kitabı tam 18 nəşr evi tərəfindən rədd edilmişdi. 1970-ci ildə çap edildiyində isə böyük bir maraq görərək, günümüzə qədər dünya səviyyəsində bəyənilərək oxunan kitablar arasına daxil oldu.
Walt Disney, siçanlarla dolu bir qarajda " Miki Siçan" ( Mickey Mouse ) adlı məşhur cizgi film qəhrəmanını yaradıb şöhrət qazanana qədər onlarla işdən rədd cavabı almışdı. Bir dəfə bir qəzet redaktoru onda zərrə qədər şəkil qabiliyyətinin olmadığını söyləmiş və Disneyland'ı qurmazdan əvvəl bir neçə dəfə iflas etmişdi.
Genetika elminin qurucusu Mendel də bir çox dəfə istədiyi universitetlərə qəbul edilməmiş və ya oxumayaraq yarıda buraxmışdı. Hətta bitirmədiyi universitetin bir professoru onun üçün, " bir elm adamı üçün lazımlı olan aydın düşüncə qabiliyyətinə sahib deyil"-, demişdi .
Məşhur sahibkar Henry Fordun, ardıcıl avtomobil istehsalı ilə əlaqədar layihəsinin kredit tələbi " avtomobil ancaq keçici bir modadır" səbəbiylə bir bank müdiri tərəfindən rədd edilmişdi. Ford, avtomobilləriylə müvəffəqiyyətə çatana qədər tam beş dəfə iflas etmiş, ancaq vizionu və əzmi sayəsində avtomobil sektorunun qurucusu və bir nömrəli adı halına gəlmişdi.
Məşhur musiqiçi Beethoven kiçik yaşlarda skripka tutuşunu bəyənməyən müəllimi tərəfindən " Musiqiçi ola bilməz! " deyilərək gözardı edilmişdi.
«Külək Kimi Keçdi » adlı kitabıyla tanınan yazıçı Margaret Mitchellin, bu kitabının 38 dəfə rədd edilməsindən sonra çap edilmişdi.
İstəyinə nail olana qədər vaz kecmə!
Məşhur romançı Charles Dickens işindən artıq qalan zamanında əhvalatlar yazdı. Lakin, naşirlərə göndərdiyi bu əhvalatlar davamlı rədd edildi. Ta ki, bir gün müsbət cavab alana qədər .
İtalyan tenor Enrico Caruso'nun musiqiyə başladığı ilk illərdəki müəllimi onun üçün, " səsin pəncərə kənarından girən küləyin çıxardığı fit səsinə bənzəyir" demişdi və ona dərs verməyi rədd etmişdi. Ancaq Caruso işiylə daha sonra dünyanın ən böyük tenorlarından biri olmağı bacarmışdı.
Tarix: 05.12.2014 / 16:38 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Ümumi Psixologiya