Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Effektiv komanda işinin sirri

Komanda işi əməkdaşlığı və başqaları ilə ümumi dilin tapılmasını tələb edir. Effektiv komanda səylərinin əsasında, şəxslərarası ünsiyyət dayanır. Siz müstəqil işləyirsinizsə, şəxslərarası ünsiyyət bacarıqları bir o qədər də əhəmiyyətli deyil. Amma nə vaxt ki, sizdən başqa insanlarla sahmanlı əməkdaşlıq tələb olunur bu keyfiyyətlərin əhəmiyyəti o zaman dəfələrlə böyüyür.

Bu məqalədə komanda işini keyfiyyətli etmək və yüksəltmək üçün məsləhətlər təsvir olunub:

1. Yenilərə iş ortamına alışmağa kömək etmək
Komandanın çox üzvlərinə öz sıralarına yeni üzvləri qəbul etmək çətindir. Yeni kollektivə alışmaq və komandanın daxilində münasibətlərin (əlaqələrin) iyerarxiyasını anlamaq təkcə yenilər üçün lazımlı deyil. Əgər onlara heç kəs bunda kömək etmirsə, bu adətən qrupun daxilində nifaqa səbəb olur. Yenilər birinci vaxt özünü kənarda qalmış hiss edirlər, əgər komandaya yeni üzvlərin gəlməsi davam edərsə, onda nəticədə iki koalisiya yarana bilər — köhnə və yeni qvardiyalar.

Əgər siz çoxdan komandada işləyirsinizsə, onda yeni üzvə sizin qrupunuza qarışmağa mütləq kömək edin. Yeni əməkdaşın əvvəlki iş təcrübəsi haqqında bilmək üçün aktiv dinləyicilik qabiliyyətinizi işə salın. Sizin yeni kolleqanızın nəyə ehtiyac duyduğunu soruşun və ona onun ehtiyaclarını təmin etməyə kömək etməyə çalışın. Başqa üzvlərə onu iş ortamına daxil etməyi xahiş edin. Ümumi yığıncaqlar tərkibinə yenini daxil edin, məsələn onu hamıyla birlikdə nahar yeməyinə dəvət edin. Əgər qrup yeni üzvə kollektivə qarışmağa kömək etməyə çalışırsa, inteqrasiya daha çox sürətli və daha asan olur.

2. İnformasiyaları bölüşün.
Komanda üzvlərinin hamısının nə olduğundan xəbərdar olmağa məcburdur. Axın şəklində informasiyanı təsəvvür edin. Siz bu axını idarə edə və onun düzgün hərəkətinə imkan yarada bilərsiniz.

Öz vəzifələrini yerinə yetirərək o haqda kolleqalara bildirin. Təşəbbüsü öz üzərinizə götürün, kolleqaların sorğu-suallarını gözləmədən vaxtında onlara gördüklərinizi bildirin ki, bu onlar üçün faydalı ola bilər.

3. Elə öyrədin ki, başqaları öyrənə bilsinlər
Kamandada yeni üzvlər müəyyən tapşırıqların icrasını öyrənməlidir və qalan işçilər öz ixtisaslaşdırmasını yüksəltməlidir.Təhsil şəxslərarası ünsiyyətsiz mümkün deyil. Effektiv öyrətmək üçün onu yadda saxlayın ki, öyrətdiyiniz şəxs qəyyumluğu altında olan işi sizin kimi yaxşı bilmir. Təfərrüatı ilə danışın, xüsusi terminləri izah edin ki, ola bilsinki o bunları bilmir. Xüsusi halda açıq suallar verin ki, şagirdiniz deyilənlər barədə öz fikirlərini, münasibətlərini bildirsin. O zaman siz onun dəqiq nəyi mənimsədiyini və nəyin üstündə hələ də işləmək lazım olduğunu biləcəksiniz. Öz bacarıqlarınızı nümayişiylə və mühazirələrlə məhdudlaşdırılmayın, çalışın ki, sizin şagirdiniz praktik məşğələlərdə fəal iştirak etsin və vaxtaşırı sizdən əvvəl materialın mənimsənməsi haqqında hesabat versin.


4. Öz köməyinizi təklif edin
Yaxşı komanda oyunçusuna bu sözləri bilmək asandır: «Nəylə mən sizə kömək edə bilərəm?» və ya «Gəlin mən kömək edəcəyəm». Sizin kolleqalarınız bilməlidirlər ki, ehtiyac olduğu halda onlar sizin köməyinizə bel bağlaya bilərlər və siz onlara kömək etməyə hazırsınız. Sizdən kömək istəyəndə heç vaxt boyun qaçırmayın. Hətta əgər siz indi kömək edə bilmirsinizsə, sonra kömək etməyə söz verin və öz üzərinizə götürülmüş vədi əməl edin.

5. Kömək haqqında xahiş edin
Komandada işin üstünlüklərindən biri odur ki, sizin hər şeyi tək etməniz lazım deyil. İstənilən vaxt yardımınıza gələcək kolleqalırınız var. İnsanlar tez-tez səhvlər edirlər, amma əgər insanlar vaxtında başqalarına köməyə görə müraciət etsəydilər, bu səhvlər olmayada bilərdi. Ancaq bunun yerinə onlar özləri onu etməyə çalışırlar.

6. Yığıncaqlarda çıxış edin
Nə qədər siz komandada işləyirsiniz, o qədər də yığıncaqlarda çıxış etməlisiniz. Komandalar öz işlərinin uyğunlaşdırılması üçün birlikdə yığılmalıdır və məsələləri birgə müzakirə etməlidir. Hər müşavirədə çıxış edin, ideyaları təklif edin və öz fikirinizi deyin. Həmçinin fəal qulaq asın və görüşlərin gedişatına marağ göstərin. Yığıncaqlarda çoxtərəfli müzakirələrin təşkil edilməsinə imkan yaradın.

7. Nəticələrə yönəlin
Müzakirələrin gedişatında son nəticəyə fokuslanın, xüsusilə əgər sizin komandanıza mümkün qədər tez problemi həll etmək və ya planı təşkil etmək lazımdırsa. Soruşun: «Hansı hədəflərə nail olmaq lazımdır?», «Hansı nəticələri bizə əldə etmək lazımdır?» və «Müştərilərin hansı ehtiyaclarını biz təmin etməliyik?» Tez-tez müzakirənin gedişatında belə suallara yer verin və sizin müzakirəniz məhsuldar olacaq.


8. Lazımlı insana problemlərlə görə müraciət edin
Hansısa bir məsələ üzərində birlikdə işləyərkən komandanın üzvləri hansısa problemlərlə mütləq rastlaşırlar. Əgər birincilər vaxtı günahkarları axtarmağa, qeybət etməyə, qruplaşmaları yaratmağa sərf edirlərsə, onda komanda işi bütün effektivliyini itirəcək.

Qrupun üzvləri zamanla effektiv komandaya çevrilmək üçün birgə problemlər üzərində işləməlidir. Əgər hansısa bir problemlər bütün komandada mənfi təsir edirsə, onları ən yaxın yığıncağın gündəliyinə daxil edin ki, iştirakçılar yaranmış vəziyyətdən çıxış yolunu birlikdə tapa bilsinlər. Əgər kollektivin bir üzvü problemlərin mənbəyi olursa, ona müraciət edin və onunla birlikdə vəziyyəti həll etməyə çalışın.

9. Yumoru unutmayın
Sizin komandanızın effektivliyinin etibarlı göstəricisi — gündəlik fəaliyyətdə yumorun və zarafatların olmasıdır. Ancaq işçilər bir-birlərini lağa qoymurlar və birgə əməkdən həzz alırlar. Onların yumor sərbəstliyi ünsiyyətə yol açır və iş prosesində tez-tez yaranan gərginlik aşağı salır.


Tarix: 05.12.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Ümumi Psixologiya
loading...