Qadın səhər yuxudan qalxır.Güzgüyə baxır və başında yalnız üç saç telini görür ...
" Hmm ... " deyir ... " Yəqin bu gün saçımı hörəcəyəm ..." Elə də edir, günü də çox gözəl keçir ...
Ertəsi gün qalxır, güzgüyə baxır ... Başında iki saç teli qaldığını görür ...
" Hmm ..." deyir ... " Bu gün saçımı iki hissəyə ayıracağam ..."
özünə inam və uğur (müvəffəqiyyət) sinonimdir. Özünüzə inanın.Dediyini də edir, yenə çox gözəl bir gün keçirir ...
Bir ertəsi gün yenə qalxır və güzgüyə baxır ... Başında tək 1saç teli olduğunu görür...
" Yaxşı, yaxşı..." deyir ... " Elə isə bugün at quyruğu edərəm ..."
Elə də edir və çox çox gözəl bir gün keçirir ...
Daha sonrakı gün güzgüyə baxdığı zaman başında bir tək tel belə qalmadığını görür...
" Waow " deyə qışqırır ... " Bu gün saç dərdim yoxdur ..."
Dünyagörüşü, həyata baxış bucağınız, yanaşmanız hər şeydir ... Həyat, fırtınanın keçməsini gözləmək deyil, yağışda da gəzməyi bacara bilməkdir ...
Tarix: 05.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Ümumi Psixologiya