Uşaqlarda təhsilin doğumdan sonra başlamasıyla birlikdə, hər yaşda fərqli motor bacarıqlarının inkişafı psixoloji vəziyyətləri haqqında ipucu verir. Sevgi, şəfqət, empati, eyni zamanda qaydalar, sərhədlər və məsuliyyətləri gözəl bir ailə mühitində nizamlayıb dinc və xoşbəxt böyümələrini təmin etmək, məktəb əvvəli təhsildə faydalı olacaq.
Ana-ata nəzarəti uşağın insanlığını əks etdirir.
Ana-atalar məktəb əvvəli məktəbin və oxumanın uşağa qazancları haqqında nümunələrlə danışa, özlərindən də nümunələr verərək ömür boyu yoldaşlıqlar, xoş xatirələr, əyləncələr, məktəbdə öyrəndiklərini xüsusi həyatda necə tətbiq etmək; məktəbin daha sonrakı peşə və təhsil üçün vacibliyini və qazanclarını izah edərək sevdirə bilirlər.
Ana-ata idarəsi; sərhədləri tanıma və qaydaları öyrənmənin təməlidir. Burada ola biləcək axsaqlıqlar asılı, təcavüzkar, zəif şəxsiyyətləri meydana gəlməsinə səbəb olar. Uşaqların dağıdaraq, sınayaraq öyrəndiyini qeyd edən Psixoterapevt: «Hər şeyi uşağınızın yerinə edib, önünə hazır qoysanız normal inkişafına və öyrənməsinə mane olmuş olarsınız. Uşaq inkişaf edə, yetkinləşə və gözləməyi öyrənə bilməz. Bu uşaqlar məktəbə başladıqlarında dərsin sonuna qədər oturmağı bacara bilməzlər»- xəbərdarlığını etdi.
Məktəb çağındakı uşaqla necə maraqlanmalı?
Ailə tərəfindən birlikdə zaman keçirmək və bu zamanı problem danışmaq üçün deyil birlikdə oyunlar oynayaraq əyləncəli bir birlikdəliyə çevirmək təsirli olacaq.
Uşağı məktəb seçkisində də qərar mərhələsinə cəlb etsəniz uşaq, özünün gələcəyi ilə əlaqədar bir qərarda məsuliyyət dərk edər, məktəbi və məktəb həyatını daha çox sahiblənər və özünə inamı artar.
1. Məktəbin uşaq üzərində məsuliyyət və fərdi inkişaf vasitəsi olduğunu unutmamaq, ana-ata olaraq uşaqları yarışa çıxmış fərdlər olaraq görməmək, yalnız məktəblə əlaqədar məsələlərə nəzarət etməmək, uşağın başqa ehtiyaclarını da müşahidə edib bu ehtiyaclarını aradan qaldırmaq da çox önəmlidir.
2. Uşaq məktəbdə müvəffəqiyyətli olduğu zaman mükafatlandırılaraq özünə olan etibarı və motivasiyası inkişaf etdirilməlidir.
3. Uşağa mənəvi dayaq verib, etibarını artırmaq, qayğı və narahatlıqlarını azaltmaq mühüm əhəmiyyət kəsb edir.
4. Onunla ailə tərəfindən və ya birəbir onun xoşlandığı bir məşğuliyyət paylaşmaq. Məsələn; oturub birlikdə onun musiqisini dinləmək. Sonunda fikirimiz nə olursa olsun, səy əhəmiyyətlidir. Beləliklə hörmətli və dürüst davranış nümunəsi meydana gələr.
5. Nələri sevər, nələri sevməz, onu maraqlanıb öyrənmək.
6. Onu anlamağa çalışmaq, çətin də olsa hadisələri onun baxımından ələ alıb onun probleminə həssas yanaşmaq.
7. Sevginizi açıq bir şəkildə göstərin ki, xeyr dediyinizdə verdiyiniz qərarlara hörmət etsin, sizi qorxduğu üçün deyil saydığı üçün dinləsin.
8. Ona hörmət etmək, onu ciddi qəbul etmək, şəxsiyyəti haqqında yalnız mənfilikləri deyil, yaxşı tərəflərini da görüb bunu müəyyən etmək, onunla qürur duyduğumuzu hiss etdirmək lazımdı.
Övladlarınızın uğurlu olmağını istəyirsizsə ilk öncə onları tanıyın, dinləyin, hörmət edin ki, sabah da böyüyəndə sizə hörmət etsinlər.
Tarix: 27.11.2014 / 13:23 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Ümumi Psixologiya