Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xətlərin xasiyyəti

Qrafologiya elmi insan xəttinin onun xasiyyəti ilə olan əlaqəsi haqqında elmdir. O insanın xəttinə əsasən onun ağlını, iradə gücünü, özgüvənini, emosionallığını və digər xüsusiyyətlərini təyin etməyə imkan yaradır.
İnsan xəttinin ölçüsü onun ünsiyyətçilik xüsusiyyəti barəsində xəbər verir. İri hərflərlə yazanlar müxtəlif insanlarla ümumi dil tapa bilirlər və onların çoxlu dostları olur. Xırda hərflərlə yazanlar isə adətən özlərinə qapalı şəxslər olurlar. Çəpəki hərflər eqoist insanlar üçün, yuvarlaq hərflər isə mərhəmətli və həssas insanlar üçün səciyyəvidirlər.

Hərfləri güclü təzyiqlə yazan insanlar əzmli və möhkəm iradə gücünə sahib olurlar. Solğun hərflər zəif insanlar üçün səciyyəvidir.

Xəttatlar kimi yazanlar səliqəli, məsuliyyətli, lakin müstəqil şəkildə qərar qəbul edə bilməyənlər olurlar.

Düzgün xətt onun sahibinin sakit və səbirli olduğunu göstərir.

Pis xətləri (aydın şəkildə yazılmayan hərflər ) olan insanlar enerjili, qayğısız və hətta əsəbi olurlar.

Bir sıra insanların yazılarında hərflər bir birilərinə yapışdırılmış şəkildə (bir-biriləri ilə əlaqəli şəkildə) olurlar. Belə xətt yaxşı məntiqi düşüncənin göstəricisidir. Əgər hərflər bir-biriləri ilə əlaqəli deyillərsə, bu inkişaf etmiş hissiyatın göstəricisidir.

Yazıda sol tərəfdə buraxılmış boş yer xəttin sahibinin maddi dəyərlərə münasibətini göstərir. Buraxılmış boş yer geniş olarsa, bu səxavətliyin göstəricisidir. Buraxılmış boş yer dar olarsa, bu qənaətcilliyin göstəricisidir.

Optimist insanların xətləri yuxarıya doğru qalxır. Pessimist insanların isə aşağıya doğru enir.

Düz sətir üzrə yazılmış xətt sakit, öz imkanlarını real olaraq dəyərləndirə bilənlər üçün səciyyəvidir.

Dalğalı xətt hiyləgərliyin göstəricidir.

İnsanların imzalarından da onların xüsusiyyətləri haqqında öyrənmək olar.

Standart, sadə imzalar cəsur, özgüvənli insanlara xasdır.

İlmələrdən ibarət olan imzalara hiyləgər insanlarda rast gəlmək olar.

Üstündən xətt çəkilmiş imza enerjiliyin, altında xətt çəkilmiş imza isə təşəbbüskarlığın göstəricisidir.

Utancaq və özünə qapalı insan bütün imzasını və yaxud bəzi hərfləri dairəyə alır.

Bir uzun xətt kimi çəkilmiş imza emosional insanlara məxsusdur.

İmzaları olmayan insanlar ağıllı və hesabkar olurlar.

İnsanın imzası onun əhvalından, baş vermiş hadisələrdən və digər amillərdən asılı olaraq dəyişə bilər. Məsələn, biz güclü emosiyalar keçirdiyimizdə öncəkindən fərqli olaraq qələmə daha bərk basırıq.

Müxtəlif imzalara və xətlərə sahib olan insanlar həssas və yaradıcı olurlar.


Tarix: 27.11.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Ümumi Psixologiya
loading...