beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vərni xalçası

Vərni[1] — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[Mənbə göstərin].

Ümumi məlumat

Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[Mənbə göstərin]. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümükün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır. Bu söz "astar" sözünün qısaldılmış formasıdır. Qarabağ vərniləri bir neçə nümunədə toxunur. Onların içərisində ən məşhur olanının kompozisiyası bir – birinn yanında yerləşdirilmiş səkkizəbənzər böyük elementlərdən ibarətdir. Bu mürəkkəb və orijinal element mifoloji səciyyə daşıyır. O, Uzaq Şərq və türk xalqlarının tarixi əfsanələrində və eposlarında, təsviri və dekorativ incəsənətində tez – tez rast olunan əjdahanı ifadə edir. Həm qədim dövrlərdə, həm də orta əsrlərdə Orta Asiyanın, Yaxın Şərqin və türklərin tətbiqi və dekorativ incəsənətində istifadə olunan səkkizəbənzər element suyu ifadə edirdi və rəmzi və sehirli məna daşıyırdı.


Tarix: 24.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Toxuculuq